Müxalifət QAT-ın birgə Qarabağ mitinqinə "hə” dedi

 

Sabir Rüstəmxanlı: "Hakimiyyət bu mitinqdən qorxmamalıdır”; Pənah Hüseyn: "Qarabağ məsələsində iqtidar-müxalifət anlayışı olmamalıdır”

Xəbər verildiyi kimi, Qarabağ Azadlıq Təşkilatı ayın 21-də Qarabağ mitinqi keçirmək istəyir. Hazırlıq işlərini sürətləndirən QAT ölkə müxalifəti və iqtidarına birgə mitinq keçirmək üçün müraciət edib.

Müsavat.com-un məlumatına görə, artıq siyasi, ictimai xadimlər, döyüşçülərə, o cümlədən İsa Qəmbər, Əli Kərimli, İsgəndər Həmidov, Cəmil Həsənli, Mirmahmud Mirəlioğlu, Fazil Mustafa, Hacı İlham Əliyev, Sabir Rüstəmxanlı, Tural Abbaslı, Sərdar Cəlaloğlu, Pənah Hüseyn, Firidun Məmmədov, Vaqif Əlisoy, Arif Paşa, Aydın Şükürov, Əli Əliyev, Rövşən Əhmədli, İxtiyar Şirin, Əvəz Zeynallı, Qurban Cəbrayıl, İqbal Ağazadə, Rizvan Talıbov, Sülhəddin Əkbər, Elşad Musayev, Natiq Cəfərli, Qubad İbadoğlu, Tahir Abbaslı, Füzuli Rzaquliyev və digərlərinə müraciət edilib, ilkin razılaşma əldə olunub.

Eyni zamanda Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədova məktub göndərilib.

QAT-ın bu təşəbbüsü ictimaiyyət tərəfindən dəstəklənməkdədir. İndiki vaxtda ümummilli problemlə əlaqədar iqtidar-müxalifət birliyinə böyük ehtiyacın olduğu göz önündədir. QAT-ın bu müraciəti hər iki düşərgə tərəfindən qəbul olunarsa, bunun uzun illərdir aralarına düşmənçilik toxumu səpilən iqtidar-müxalifət münasibətlərində milli barışıq mühitinin yarana biləcəyi vurğulanır.

QAT sədri Akif Nağı ile ilgili görsel sonucu

 

QAT sədri Akif Nağı birliyə nail olmağın çətinliyini anladıqlarını bildirdi:"Qarabağın işğaldan azad olunması üçün ən vacib şərt milli birliklə bağlıdır. Biz də ona çalışırıq. Müxalifət nümayəndələrinin hamısına telefonla müraciət etmişik danışmışıq. YAP-dan Siyavuş Novruzovla və ya başqası ilə əlaqə saxlamağa cəhd göstərdik, telefonu açmadılar. Ona görə də YAP icra katibi Əli Əhmədova rəsmi məktub yazıb poçtla göndərdik. Bilirik ki, birliyə nail olmaq çətin məsələdir, amma yorulmadan buna çalışmalıyıq, hər kəs çalışmalıdır. Ümid edirik ki, nəticə olacaq. Bir daha vurğulayıram ki, Qarabağ mitinqi və ya hər hansı bir digər tədbirin keçirilməsi hansısa tərəfin ittiham olunması üçün edilmir, bunun bir xeyri də yoxdur. Məqsədimiz Qarabağla bağlı tələbin, Qarabağın dərhal işğaldan azad olunması tələbinin ümummilli vahid iradə kimi bütün dünya, beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsidir”

VHP sədri, xalq à Ÿairi Sabir Rüstəmxanlı ile ilgili görsel sonucu

 

VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı mitinqin uyğunsuz vaxta salındığını söylədi:"Yayın ortası, çox isti vaxta mitinq salınıb. Şəxsən mən həmin vaxt ölkədə olmayacam. Hər halda, bu mitinqi payızda da etmək olar. İyulun 4-də mitinqlə bağlı QAT-da tədbir olacaq. Fikirlərimi deyəcəm. Hesab edirəm ki, Qarabağ məsələsində ayrı-seçkilik qoymadan müxalifətlə iqtidar birlikdə mitinq keçirə bilər. Dünya ictimaiyyəti görməlidir ki, Azərbaycandan olan məcburi köçkünlər öz torpaqlarına qayıtmaq istəyirlər, bu ölkənin müxalifəti və iqtidarı bu məsələdə birlikdədir. Azərbaycan xalqının iradəsini hər kəs hiss etməlidir. Hakimiyyət bu mitinqdən qorxmamalıdır. Guya Qarabağ məsələsi ilə bağlı 50-100 min insan bir yerə toplaşsa, hakimiyyəti yıxmaq üçün toplaşacaqlar? Qarabağla bağlı belə bir ümummilli mitinq keçirmək olar. Dünya, ölkə mətbuatını bu məsələyə cəlb etməklə mitinq keçirmək daha vacibdir. Hakimiyyətin o zaman əli də uzana bilər ki, millətimin qarşısında dayana bilmirəm, bu münaqişə həll olunmalıdır”.

AXP sədri Pənah Hüseyn müraciətlə hələ ki tanış olmadığını qeyd etdi:"Akif bəy zəng edib xəbər verdi. Onların qərargahında bununla bağlı toplantı olacaq. İştirak edəcəm və fikirlərimi deyəcəm. Prinsip etibarı ilə Qarabağ məsələsində ictimaiyyətin səfərbər olunması ilə torpaqlarımızın azad olunacağı qənaətindəyəm. Bunun hansı formada olacağı yəqin müzakirə ediləcək. Mitinqin iqtidar və müxalifətin birgə mitinqi kimi qələmə verilməsi təşəbbüskarların işidir. Yanaşmalarını yəqin izah edərlər. Dəfələrlə bizlər bildirmişik ki, Qarabağ məsələsində iqtidar-müxalifət anlayışı olmamalıdır. Çünki bu hər iki tərəfin milli problemidir”.

Böyük Quruluà Ÿ Partiyasının sədri, deputat Fazil Mustafa ile ilgili görsel sonucu

 

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Qarabağ məsələsinin hamımızı narahat etdiyini bildirdi:"Burada hər hansı bir fərq qoymaq doğru deyil. İqtidar və müxalifət təmsilçiləri bu məsələdə öz həssaslıqlarını ortaya qoymalıdırlar. Bu baxımdan belə bir müraciəti normal qəbul edirəm. Birlikdə mitinq keçirmək mümkündür. Hətta bu zəruridir. Çalışmalıyıq ki, bu mitinq baş tutsun. Buna hər hansı bir maneçilik yaradılmamalıdır ki, normal bir iradə ortaya qoymaq mümkün olsun. Açığı, belə bir mitinq olarsa, bunun iqtidar və müxalifəti bir araya gətirəcəyini düşünmürəm. Çünki maraqlar fərqli olan yerdə həmrəylik, birlik davamlı olmur. Hər halda, Qarabağ məsələsi bir qədər fərqlidir və bu məsələdə bir araya gəlmək mümkün ola bilər”.

Cavanşir ABBASLI, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300