İcra başçısının bina üzləmək marağı: həm də üçüncü dəfə eyni binaları - FOTOLAR
Paytaxt Bakıda bəzi binaların yenidən üzlənməsinə başlanılıb. Özü də
bundan az əvvəl üzlənmiş binaların. 

Musavat.com xəbər verir ki, Xətai rayonu, Nobel prospektində yerləşən yaşayış
binalarının yenidən üzlənməsinə başlanılıb. Əvvəlcə onu qeyd edək ki,
bu binaların fasadı 2015-ci ildə yenilənmişdi. Yol kənarında olan binaların hamısı
penoplastla bəzədilmişdi.

Lakin ötən il paytaxtda ardıcıl iki "penoplast faciəsi” yaşandı. Əvvəlcə
Xətai rayonunda, daha sonra isə Binəqədidəki binalarda penoplast üzlüyün
yanması nəticəsində onlarla insan həyatını itirdi, bir çoxu da yaralandı. Vətəndaşlara
maddi və mənəvi zərər dəydi.
Bu iki faciədən sonra həm Bakıda, həm də rayonlarda binalar prezidentin göstərişi
ilə penoplastdan təmizləndi. Əvəzində isə bəzi binalar rəngləndi, bəziləri isə
alışmayan maddələrlə yenidən üzləndi.

İlk "penoplast faciəsi”nin yaşandığı Xətai rayonundakı bina da yenidən üzlənəcək.
Qəzadan sonra yenidən, tamamilə təmir edilən  və vətəndaşların istifadəsinə
verilən bina bu günlərdə yenidən üzlənməyə hazırlanır. Artıq həmin binanın
qonşuluğundakı binalar üzlənib və növbə həmin binaya çatıb. Bu binaların yenidən
üzlənməsi zərurətinin nədən yarandığı isə məlum deyil. Maraqlıdır ki, baş verən
faciədən sonra bütün binaların fasadı Avropa Oyunları ərəfəsində çox qısa müddət
ərzində yenilənmişdi. 

Ərazidə olarkən binaların üzünə çəkilən materialla yaxından tanış olduq. İşçilər
bildirdilər ki, bu material qum, əhəng və sementdən hazırlanır və uzun ömürlüdür.
Bu isə baş verə biləcək hər hansı bir qəzada yanğına səbəb ola bilməz. 

Binaların yenidən üzlənməsi zərurətinin nədən yaranmasına gəlincə isə işçilər
bildirdilər ki, bu Xətai Rayon İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilir, onlar isə
sadəcə olaraq verilən göstərişi icra edirlər.


Həqiqətən maraqlıdır yenicə üzlənmiş binaların təkrardan üzlənməsinə nə ehtiyac
var? Ölkədə iqtisadi vəziyyətin çətin olduğu, hökumətin böhrandan çıxış yolları
axtardığı, maliyyə nazirinin belə "israfçılığa yol verməməliyik" dediyi bir zamanda
bu kimə lazımdır?

İlkin Muradov

 





 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300