Mələkxanım Əyyubovanın bacısını işdən çıxardılar - Rüşvətə görə...
Uluyol.info xəbər verir ki,moderator.az saytının elektron poçtuna aşağıdakı məzmunda ilginc şikayət məktubu daxil olub:
"Mən Şamaxı Rayon Mədəniyyət və Turizm şöbəsində adi işçiyəm. Bu yaxınlarda şöbəmizin müdiri Məleykə Kamilova Şamaxı İcra Hakimiyyəti  tərəfindən işdən çıxarılıb. Səbəb isə onlara rüşvət verməməsidir. Nazir Əbülfəz Qarayev onu işdə saxlamaq istəsə də İcra Hakimiyyəti buna razı olmayıb. Məleykə xanım həmişə öz işinin öhdəsindən layiqincə gəlib. Bizim kollektiv onun məhz bu məsələyə görə, yəni rüşvət vermədiyi üçün işdən çıxarılması ilə heç cür barışa bilmir.

Məleykə xanım xalq artisti Mələkxanım Əyyubovanın bacısı, müğənni Mirkamil Kamilovun anası, müğənni Ramal İsrafilovun isə bibisidir.

Məsələni zəng edib dəqiqləşdirə bilərsiniz. Mədəniyyət şöbəsinin nömrələri - (0 2026) 5-31-48 və 020-26-5-28-41 Düzdür, zəng vursanız da rüşvət məsələsini ola bilsin boyunlarına almayacaqlar, amma bu 100 fazi dəqiq məsələdir."

Redaksiyadan: Biz sadəcə şikayət məktubunu ictimailəşdirərək müvafiq qurumların müdaxiləsinə zəmin hazırlayırıq. Bununla da prezidentin çağırışına səs verdiyimizi, paytaxtdakı və əyalətlərdəki məmur özbaşınalığı barədə siqnalları üzə çıxardığımızı ortaya qoyuruq. Bu iddiaların nə qədər həqiqəti əks etdirdiyini yoxlamaq bizim işimiz deyil, prezidentin söylədiyi kimi, xalqın xidmətçisi olmaqdan qürur duyan səlahiyyət sahiblərinin borcu, vəzifəsidir. Buyursunlar, həqiqəti üzə çıxarıb ictimaiyyətə məlumat versinlər...
Mövzunu diqqətdə saxlayacağıq...(moderator.az)
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300