Azərbaycan polisinin 100 illiyinə həsr edilmiş tədbir keçirildi - FOTOLAR

 

Bu gün "Yaxt klub" da Azərbaycan polisinin 100 iliyinə həsr edilmiş tədbir keçirilir.

Musavat. com-un müxbiri xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Flora Qasımova, DİN mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı İlham Babayev, Bakı Şəhər DYP-nin ictmaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digərləri çıxış ediblər.

Tədbirdə Daxili İşlər Nazirliyinin və Baş Polis İdarəsinin yüksək rütbəli zabitləri iştirak edir.

Toplantını giriş sözü ilə açan Vaqif Əsədov Azərbaycan polisinin 100 illiyi ilə bağlı nitq söyləyib, polis əməkdaşlarını təbrik edib. V. Əsədov həmçinin gələn qonaqlara dərin təşəkkürünü bildirib.

Daha sonra Baş Polis İdarəsinin polis kapitanı Elşad Hacızadəni səhnəyə dəvət edib. Çıxış üçün söz alan polis kapitanı bildirib ki, bir Azərbaycan polisi olaraq qeyd olunan bu tarixi gündən şərəf duyurlar: "Bu gün bizim üçün ona görə dəyərlidir ki, bütün ömrümüzü, həyatımızı bu peşəyə həsr etmişik. Yolumuz dövlət yolu, vətən yolu, haqq yoludur”.

Milli Məclisin deputatı Flora Qasımova da çıxışında polis əməkdaşlarını təbrik edib. Qeyd edib ki, Azərbaycan polisi 100 illik bir inkişaf yolu keçib. Deputatın sözlərinə görə, Azərbaycan polisi xalqımızın ən çətin anlarında xalqın, dövlətin qorunmasında, ictimai asayişin bərpa olunmasında böyük rol oynayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin yeni rəisi, polis mayoru Rüfət Quliyev də vurğulayıb ki, bu tarix Azərbaycan polisi üçün çox önəmli, qüdrətli bir tarixdir: "Hamı bilir ki, polis peşəsi çox ali bir peşədir. Polis əməkdaşları böyük şərəflə bu çətin vəzifəni yerinə yetirirlər. Mən qeyd etmək istərdim ki, bu gün təkcə polislərimizin deyil, bütün Azərbaycan xalqının bayramıdır. Çünki hər bir polis əməkdaşı Azərbaycan Respublikasına xidmət edir, vətəndaşlara, xalqa xidmət edir. Mən eyni zamanda kütləvi informasiya vasitələrinə təşəkkürümü bildirmək istərdim ki, onlar polislərin fəaliyyəti ilə bağlı informasiyaların düzgün işıqlandırılmasında böyük rol oynayırlar”.

Tədbirin sonunda 40-a yaxın YPX əməkdaşı fəxri fərmanlarla təltif edilib, onlara hədiyyələr verilib.

Mükafatları polis əməkdaşlarına təqdim edən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə çıxışında qeyd edib ki, bu bütövlükdə Azərbaycan Daxili İşlər sistemində çalışan bütün əməkdaşlara verilən ən yüksək mükafatdır: "Mən sizə can sağlığı arzulayıram. Siz hər zaman bizim həyatımızın bütün çətinlikləri ram edən insanlarsınız. Hər bir Azərbaycan vətəndaşı sizinlə fəxr edə bilər. Bayramınız mübarək olsun!”.

Tədbir davam edir.

Məğrur, musavat.com


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300