Rayon Enerji Təhcizatı və Satışı İdarəsinin rəisi Canəhməd Əhmədov yerli iş adamlarına gün verib, işıq vermir 

Azərbaycanda son dövrlər sahibkarlığın inkişaf etdirilməsi üçün bir sıra tədbirlər görülməkdədir. Bu məqsədlə dövlət başçısı artıq bir neçə fərman və sərəncamlar imzalayıb. Həmin sənədlərdə əsas vurğu sahibkarların fəaliyyətinə yarana biləcək məhdudiyyətlərin aradan qaldırılmasının üzərinə qoyulub. 

JAM.AZ bildirir ki, dövlət başçısı həmçinin bir neçə dəfə müşavirələrdə bəyan edib ki, heç bir məmur sahibkarlara məhdudiyyət qoya bilməz, onların fəaliyyətinin əngəlləyənməz. Hətta onu da bəyan edib ki, əgər belə halla rastlaşarsa, o zaman həmin məmur ağır şəkildə cəzalandırılacaq. 

Lakin görünən odur ki, Qaradağa rayonunda prezidentin bu bəyanatına əhəmiyyət verməyən məmurlar da var. JAM.AZ bildirir ki, sözügedən rayonun Enerji Təhcizatı və Satışı İdarəsinin rəisi Canəhməd Əhmədov dövlət başçısının tapşırıqlarını bir kənara qoyaraq, özünün korporativ maraqlarını müdafiə etməklə məşğuldur. 

Belə ki, Əhmədov Qaradağ rayonu ərazisində fəaliyyət göstərən sahibkarların başına olmazın müsibətlər açır. Onun iş adamlarından aylıq pul almaq üçün istifadə etdiyi əsas «taktika» isə həmin obyektlərin elektrik verilişini kəsməkdən ibarətdir. 

Məlumata görə, Canəhməd Əhmədov sahibkarların obyektlərinə verilən elektriki kəsdikdən sonra ona minnətçi düşmələrini istəyir. Bir xeyli «naz-işvə»dən sonra ortaq məxrəc tapılır və anlaşma əldə edilir. Və bu hər ay təkrarlanmamaq üçün uzunmüddətli «razılaşma»ya varılır. 

Amma son dövrlər ölkədə yaranmış vəziyyətdən dolayı iqtisadi sıxıntı keçirən sahibkarlar bir qədər möhlət istəmələrinə rəğmən, «Azərişıq»ın Qaradağ şöbəsinin rəisi daş atıb, başını tutur. Canəhməd Əhmədov onun yanına gələn şikayətçilərə məhəl qoymamaqla yanaşı, köhnə adət üzrə hərəkət edilmədiyi təqdirdə hər hansı bir güzəştin olmayacağını da deyir. 

Nəticədə, Qaradağ rayonunda fəaliyyət göstərən bir sıra sahibkarlar artıq işləyə bilmədiklərini bəyan etməkdədirlər. Onlar qeyd edirlər ki, C.Əhmədovun əlindən nə edəcəklərini də bilmirlər. İş adamları qeyd edirlər ki, faktiki olaraq onların Qaradağ Enerji Təhcizatı və Satışı İdarəsinə borcları olmasa da, yenə də üzərlərində borc, cərimə yazılması prosesi davam edir. Və bunun qarşısını almaq üçün etdikləri şikayətlərə də baxan yoxdur. İş adamları bildirirlər ki, əgər bu şəkildə davam edərsə, onların iş yerləri bağlanmalı olacaq. Ona görə ki, elektrik enerjisinin kəsilməsi səbəbindən fəaliyyət göstərə bilmirlər. 

Bu əsnada, ortaya başqa bir maraqlı məlumat da çıxıb. JAM.AZ-a verilən məlumatlarda qeyd olunur ki, Qaradağ Enerji Təhcizatı və Satışı İdarəsinin rəisi Canəhməd Əhmədovun özü də sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş. Onun Qusar rayonunda xeyli sayda obyektləri olduğu vurğulanır. Hətta həmin obyektlərdən bir neçəsinin fotoları da redaksiyamıza təqdim edilib. Həmin fotolardan belə aydın olur ki, Canəhməd Əhmədovun restoranları, istirahət mərkəzi var. 

Maraqlıdır ki, idarə rəisi özü sahibkar olduğu halda, digər sahibkarlara niyə problem yaradır? Canəhməd Əhmədovun dövlət başçısının göstəriş və tapşırıqlarına məhəl qoymamasının sirri nədir? Onun arxasında dayanan şəxs o qədər güclü biridir ki, ölkə rəhbərliyinin göstərişlərini saya salmır? Hər halda buna idarə rəisi aydınlıq gətirməlidir. 

Qarşı tərəfi dinləməyə hazırıq. 




 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300