Hillari Klinton barədə bilinməyənlər
Birinci ledilikdən başlanan ilginc yüksəlişin hekayəsi 

Hillari Klinton... Dünya onu daha çox xəyanətə uğrayan prezident xanımı kimi tanıdı. Aləmi lərzəyə gətirən xəyanət qalmaqalı və bu qalmaqalın fonunda dik durmağa çalışan sarışın, mətin qadın. "Hər güclü kişinin arxasında bir qadın dayanır” məsəlini el aləmə sübut etməyə çalışan güclü Klinton... 

Və aradan illər keçdi, ərinin kürəyinin arxasında dağ kimi dayanan qadın ondan bir addım qabağa keçdi. İndi yenə də dünya ondan danışır. Amma prezidentin səbirli, bağışlayan, rəhmli həyat yoldaşı kimi yox, dünya siyasətini idarə etməyə iddialı qadın kimi. 

METODİST ƏR-ARVADIN YEGANƏ QIZI HİLLARİ... 

Хиллари и Билл Клинтон с внучкой Шарлоттой

Hillari Klinton 26 oktyabr 1947-ci ildə Çikaqoda dünyaya gəlib. Qızlıq soyadı Dayan Rodem olan Hillarinin atası Hyu Ellsuort Rodem və anası Doroti Emma Rodem metodist olublar. Amma atası kiçik, kiçik olduğu qədər də tekstil sahəsində uğurlu fəaliyyətlə məşğul idi, anası isə evdar qadn idi. Gələcəyin birinci ledisi ailənin birinci uşağı idi, onun özündən kiçik iki qardaşı var  - biri Toni, o biri Hyu adında. Uşaqlığından Hillari məqsədli, arzuları, ambisiyaları olan qız olub. Bu cəhətlərini isə atasından əxz edib. Bununla yanaşı, gələcəyin siyasətçisi olduqca nümunəvi şagird olub, müəllimləri onu sinifdə ən yaxşılardan biri hesab ediblər. Təhsili ilə yanaşı, Hillari Klinton aktiv şəkildə idmanla məşğul olur, xüsusən də basketbol və üzgüçülük onun ən uğur qazandığı sahələr olub. Hətta bunlara görə bir neçə mükafat da qazanıb. 

Хиллари Клинтон с семьей

1965-ci ildə orta məkəbi qurtaran gələcəyin siyasətçisi Uellsli Kollecinə, onun ardınca isə Yell Universitetinin hüquq fakültəsinə daxil olub. Hüquq fakültəsini 1969-cu ildə bakalavr, 1973-cü ildə isə hüquq doktoru dərəcəsi ilə bitirib. Hələ tələbə vaxtı H.Klinton ictimai fəaliyyətlə məşğul olub və gənclər təşkilatı olan Uellslinin Gənc Respublikaçılarına rəhbərlik edib. 1973-cü ildə doktor dərəcəsi alandan sonra öz ixtisasına uyğun olaraq Uşaqların Müdafiə Fondunda çalışmağa başlayıb. Amma Klintonun tərcümeyi halı hüquq sahəsi ilə uzun müddət bağlı olmadı. Belə ki, oxuduğu universitetdə gələcək həyat yoldaşı Bill Klintonla tanışlığı onun həyatında ciddi dönüş yaratdı və qadın hüquqşünası birdən-birə nəhəng siyasi elitanın sıralarına gətirdi. 

BİLL KLİNTONLA OXUDUĞU ALİ MƏKTƏBDƏ TANIŞ OLUBLAR VƏ...  


Hillari öz gələcək həyat yoldaşı Bill Klintonla da universitetdə tanış olub və onlar 1975-ci ildə evləniblər. Bu evlilikdən Çelsi adlı qızları var. O, 1976-cı ildən Rose Law Firm şirkətində hüquqşünas kimi işə başlayıb. 1978-ci ildə isə ABŞ prezidenti Cimmi Karter onu Hüquqi Xidmətlər Korporasiyasının İdarə Heyətinin üzvü təyin edib. Həmin il Bill Klinton Arkanzas ştatının qubernatoru seçilir. Onun qubernator olduğu dövrdə Hillari Arkanzas Təhsil Standartları Komitəsinə sədrlik edib, Arkanzas Uşaq və Ailə Vəkilliyinin əsasını qoyub, Uşaq Müdafiə Fondunu yaradıb.


1992-ci ildə Bill Klinton ABŞ-ın prezidenti seçilib. Ölkənin birinci xanımı ictimai fəaliyyətini davam etdirib və ailə, uşaq problemlərinin aradan qaldırılmasına yardım edib. Övladlığa götürülmə, yeniyetmə hamiləliyi hallarının azaldılması ilə bağlı islahatların aparılmasına nail olub.


Hillari Klinton insan haqları və demokratiya haqda çıxışları ilə də yadda qalır. O, həmin illərdə Dövlət katibi işləyən xanım Madlen Olbraytla birlikdə hökumətin "Vital Voices Democracy Initiative" təşəbbüsünü irəli sürür. Bu təşəbbüs dünyada qadın liderlərin yetişdirilməsini nəzərdə tuturdu.

2000-ci ildə Hillari Klinton ABŞ Senatına seçilib. ABŞ tarixində ilk dəfə 1-ci xanım Senata üzv olurdu. Senator kimi o, daha çox iqtisadi imkanların artırılması, keyfiyyətli tibbi yardım kimi məsələləri dəstəkləməsi ilə yadda qalıb.


1998-ci ildə baş verən Monika Levinski qalmaqalına baxmayaraq, Hillari bəyan edib ki, o, ərini dəstəkləyir və bu hadisənin Billi gözdən salmaq üçün qurulduğuna inanır. 2006-cı ildə Hillari Klinton yenidən Senata seçilib və 2007-ci ildə prezidentlik uğrunda mübarizəyə başlayıb. O, Demokratlar Partiyasının digər namizədi Barak Obama ilə birlikdə praymerizə qalıb. Barak Obama prezident seçkilərində qalib gəldikdən sonra Hillari Klintona öz administrasiyasında dövlət katibi postunu təklif edib.

QALMAQAL ONU RAHAT BURAXMAYIB, ÇÜNKİ... 


Bəzi detalları da yaddan çıxarmayaq. Hillari Klinton ərindən kənar öz maddi müstəqilliyini qazanmlşdı. Belə ki, onun 1993-cü ilə qədər onun gəlirininin həcmi 250 min dollar olub. 

Hillari Klintonun ictimai-siyasi fəaliyyəti və şəxsi həyatı bir neçə dəfə səs-küylü qalmaqalların episentrinə düşüb. Təbii ki, bunların ən yaddaqalanı B.Klintonun Levinski ilə yaşadıqları idi. Siyasi elita iddia edir ki, həmin vaxt xanım Klintonun öz ərini müdafiə etməsi ona olan etimadından daha çox siyasi arenada qalmaq və daha yüksək zirvələri zəbt etmək ehtirasından irəli gəlirdi. 


Sonuncu səs-küylü qalmaqal isə Hillari Klintonun şəxsi elektron ünvanından üzə çıxanlar idi. Belə ki, bu yazışmalar onun ABŞ Dövlət Departamentində çalışdığı vaxt apardığı xidməti yazışmalar idi. Bu ünvanın ələ keçirilməsi isə dövlət təhlükəsizliyinin ciddi şəkildə pozulması idi. Onun şəxsi elektron ünvanının ciddi yoxlamasından sonra məlum oldu ki, xanım Klintonun yazışmalarının böyük əksəriyyəti məxfi xaraker daşımırdı. Amma bununla yanaşı, 1.5 min məktub bütün hallarda konfidensial olub. 

Dünən isə ABŞ Dövlət Departamenti prezidentliyə namizəd Hillari Klintonun qanunsuz elektron məktublarının bir hissəsini ictimaiyyətə təqdim edib. 500-dən çox elekton məktubdan 81-i xüsusi dövlət əhəmiyyətli olduğundan  yayımlanmayıb.

 
Yazışmalarda hazırda Dövlət Departamentinin Demokratiya və İnsan Hüquqları Bürosundan çalışan Tim Malinovskinin 2012-ci ildə Obama administrasiyasına Suriyanın şimalında "Uçuşa bağlı bölgə” yaratmağı təklif etdiyi əks olunub.
 
Yazışmalarda Klintondan sonra Con Kerrinin də yanında çalışan Entoni Blinken, ABŞ-ın Suriyadakı sabiq səfiri Robert Ford və ABŞ Milli Təhlükəsizlik müşaviri Susan Rays da daxil olmaqla bir çox rəsmilər Suriya böhranı barədə fikirlərini bölüşüb.
 
Xatırladaq ki, Dövlət depratamneti indiyə qədər 45,830 elektron məktubu ictimaiyyətlə bölüşüb. Lakin federal məhkəmə ümumilikdə 55,000 səhifənin paylaşılması barədə qərar qəbul edib.

BANKİR KÜRƏKƏN VƏ NƏVƏ SAHİBİ KLİNTONLAR 


Hillari Klintonun şəxsi həyatı isə hər zaman qibtə doğurub. Çünki o, ilk sevgisi ilə ailə həyatı qurub. Və elə onun sayəsində dünya siyasətinə qədəm qoya bilib. Məhz Hillarinin dəstəyi sayəsində Bill Klinton iki müddət prezidentlik dönəmini uğurla keçirib. Cütlüyün 1980-ci ildə ilk övladları Çelsi dünyaya gəlib. Çelsi də Stenford Universitetini bitirib, ondan sonra atasının xeyriyyə fondunda çalışmağa başlayıb. 2010-cu ildə Çelsi Klinton bankir Mark Mezvinski ilə ailə həyatı qurub. Onların toyunu öz dəbdəbəsinə görə "ərsin mərasimi” adlandırırdılar. Belə ki, bu tədbirə bir neçə milyon dollar vəsait ayrılmışdı. 2014-cü ilin sonunda Klintonlar nənə və baba oldular. Onlar Şarlotta adında nəvələri dünyaya gəldi. 


Rəsmi rəqənlərə əsasən, Hillari Klinton və həyat yoldaşının 2014-cü ildəki gəlirləri 25 milyon dolları ötüb. Onlar bunu ictimai çıxışları nəticəsində əldə ediblər. Bundan başqa, prezidentliyə namizəd təkcə "Çətin qərarlar” adlı kitabından 5 milyon dollara qədər vəsait əldə edib ki, bu da ciddi rəqəm sayılır. 

Sevinc TELMANQIZI 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300