"Telekanallarda bayağı verilişlərin yaranmasında cəmiyyət özü iştirak edir” –Nuşirəvan Məhərrəmli

 

Özəl televiziya kanallarında bayağı verilişlər hələ də bizi narahat edən amildir. Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib

 

N.Məhərrəmli bildirib ki, özəl telekanallardakı verilişlərdə bayağılıq, proqramların səviyyəsinin qənaətbəxş olmaması düşündürücü faktordur.

 

Şura sədri qeyd edib ki, özəl televiziya kanalları öz fəaliyyətlərini reytinq üzərində qururlar. Bayağı verilişlər də reytinq yığırsa, onda televiziyalar belə proqramlara üstünlük verirlər:

 

"Milli Televiziya və Radio Şurasının televiziyaların yaradıcılıq siyasətinə qarışmaq ixtiyarı yoxdu. Cəmiyyət bu sahədə dəyişikliyi bizdən gözləyir, amma insanlar özü də bu proseslərdə iştirak edir. O verilişlərdə tamaşaçı və ya qonaq kimi iştirak edən, o verilişlərə baxaraq reytinq qazandıran insanlar da hamısı cəmiyyətin üzvləridir. Həmin verilişləri xoşlamayan və bağlanmasını istəyənlər də cəmiyyətin digər üzvləridir. Amma Şura qanun çərçivəsində iş görür, hazırda bizə belə bir səlahiyyət verilmir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300