Mal-qara saxlayanlar cərimələnəcək: 200 manat

 

Şəhərdə və şəhərtipli qəsəbələrdə, çoxmərtəbəli binaların yaxınlığında iri və xırdabuynuzlu heyvanların səllim buraxılması qadağandır. Çünki şəhər mərkəzində iri və xırda buynuzlu heyvan, yəni, inək, camış, qoyun və s. saxlamaq, insanlar və ətraf mühit üçün təhlükəlidir. Eyni zamanda, belə heyvanların şəhərdə gəzməsi və ya həyətlərə buraxılması, estetik baxımdan da uyğun deyil. Amma təəssüflər olsun ki, bu gün, düz şəhərin mərkəzində mal-qara saxlayan vətəndaşlar var.

Məsələ ilə bağlı ARB TV-nin "Günə doğru” verilişində maraqlı sujet yayımlanıb.

Ramiz Əhmədov (sakin):"Şəhərdə olmaz. Çünki bura mərkəzdir. Kəndlərdə olar”.

Mal-qaranın şəhərlərdə yalnız qapalı şəraitdə saxlanılmasına icazə verilsə də, bəzi sakinlər onları küçə və prospektlərə buraxmaqdan çəkinmirlər. Bu da nəqliyyatın hərəkətinə mane olmaqla yanaşı, həm şəhərin estetik görüntüsünə xələl gətirir, həm də antisanitar şərait yaradır. Şəki Şəhər İcra Hakimiyyəti də həmin mal-qaranın şəhər təsərrüfatına vurduğu ziyanı nəzərə alaraq xüsusi komissiya yaradıb.

Rasim Həsənov (İƏD üzrə nümayəndə):"Şəhər ərazisində mal-qara saxlayan hər bir vətəndaşa xüsusi blanklar paylanılıb. İnsanlar öz tələbatlarını ödəmək üçün bir-iki baş heyvan saxlaya bilər. Amma kiməsə mane olmadan”.

Əslində heyvanların saxlanması qaydaları qanunla tənzimlənir və nəzarət həyata keçirilir.

Mahir Məsimov (baş inspektor): "Ev heyvanı saxlayan və ya ona baxan şəxs ona baxmalıdır. Onun nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbir görməlidir. Tədbir görməsə, 200 azn cərimələnəcək”.

Təkcə Şəkidə bu ilin 6 ayı ərzində mal-qarasına sahib çıxmayan 10 vətəndaşa protokol tərtib edilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300