Pirallahıda dənizdə 1 nəfər batdı
Pirallahıda dənizdə 40 yaşlı kişi batıb.
Fövqəladə Hallar Nazirliyindən musavat.com-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1978-ci il təvəllüdlü Liftov Aleksandr Nikolayeviçin Bakı şəhəri, Pirallahı rayonunda dənizdə batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.