İrəvan təşvişdə: Ərdoğan Putini razı salır...

 

Ərdoğanın zəfəri təkcə Qərb üçün deyil, eyni zamanda Ermənistan üçün pis xəbərdir. Bunun ən vacib səbəbi isə Türkiyənin Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsidir.

Axar.az xəbər verir ki, bu sözləri "Sputnik” agentliyinə Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbə qazanmasını şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov deyib.

Mixaylovun sözlərinə görə, Ermənistan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diplomatiya yolu ilə Rusiyaya nüfuz etməsi və Moskvanı Dağlıq Qarabağ məsələsində Azərbaycanın tərəfinə çəkməsindən narahatlıq keçirir.

"Bütün beynəlxalq ictimaiyyət Türkiyədəki prezident seçkilərini narahatlıqla gözlədi. Ərdoğanın seçkiləri mütləq şəkildə uduzacağı iddia olunan informasiya kirliliyi səbəbi ilə gərginlik daha da artdı. Türk liderin əleyhdarları Türkiyənin qeyri-müəyyənlik və siyasi xaos yoluna qədəm qoyacağı fikrini müdafiə etdi. Bunu xüsusilə müstəqil qərarlar qəbul edən böyük, regional və müsəlman bir ölkəyə qarşı çıxan Avropa Birliyi və ABŞ istədi. Ancaq bir fəlakət yaşanmadı və türk xalqı Ərdoğana və onun siyasi xəttinə inamını təsdiqlədi”, - ekspert bildirib.

Ekspertin fikrincə Rusiya Prezidenti Vladimir Putinin seçkilərdən sonra Ərdoğanı təbrik edən ilk liderlərdən biri olması təsadüfi deyil.

"Rusiya və Türkiyə həm tarixi, həm də siyasi baxımdan bir çox ortaq nöqtəyə sahibdir. İki ölkə qarşıdakı illərdə beynəlxalq arenada əməkdaşlığı daha da inkişaf etdirə bilər və bir çox problem qarşısında koordinasiyalı şəkildə hərəkət edə bilər”, - ekspert əlavə edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300