Naxçıvanın kənd təsərrüfatı naziri vəzifəsindən azad edildi
Elşad Məmmədqulu oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.
"Report"un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 27-də bununla bağlı fərman imzalayıb.
Qeyd edək ki, E.Əliyev Ali Məclis sədrinin digər fərmanı ilə bu gün Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini təyin edilib.