ABŞ şirkəti Türkiyədə neft axtaracaq

 

ABŞ şirkəti Türkiyədə neft axtaracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri İdarəsinin "Resmi Gazete”də yaydığı məlumatda deyilir. Bildirilir ki, mərkəzi ofisi ABŞ-da yerləşən "Aladdin Middle East Ltd.” şirkətinin Türkiyənin Siirt vilayətində neft axtarışına dair müraciəti təsdiqlənib və şirkətə 5 illik lisenziya verilib. Şirkət 30 min 548 hektar olan sahədə neft axtarışına dair lisenziya almaq üçün 2017-ci il avqustun 4-də müraciət edib.

"Aladdin Petroleum Corporation” adı altında 1926-cı ildə Kansas ştatında qurulan şirkət Kansas və ABŞ-ın müxtəlif yerlərində böyük neft yataqlarının işlənməsində iştirak edib. Şirkət Karib adaları, Cənubi Avstraliya sahilləri, Qərbi Afrika və Yaxın Şərqdə fəaliyyət göstərib. Onun törəməsi "Aladdin Middle East Ltd.” isə neft-qaz axtarış və istehsal şirkəti kimi 1961-ci ildə qurulub və Türkiyənin neft-qaz ehtiyatlarının axtarılması və işlənməsinə fokuslanıb. Şirkətin inzibati mərkəzi Kansas, əməliyyat mərkəzi isə Ankaradır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300