Agentlik rəhbərinə Qarabağ sosial reklamları ilə bağlı müraciət olundu

 

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Qarabağ sosial reklamları ilə bağlı Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadova müraciət edib.

Musavat.com-a daxil olan məlumata görə, müraciətdə deyilir:"25 ilə yaxındır ki, ölkəmizin ərazisinin 20 % Ermənistanın işğalı altındadır. Dövlətimiz bu illər ərzində danışıqları davam etdirərək beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri səbrlə yerinə yetirmiş, beynəlxalq hüquq normalarına hörmət nümayiş etdirmişdir. Bu müddət ərzində yetişən gənc nəslin qan yaddaşında XX yüzilliyin sonlarında mənfur qonşularımızın işğalçılıq siyasətinin mahiyyətini həkk etdirmək, ən azından işğalçılığın unudulmaması üçün həm dövlət orqanları, həm də vətəndaş cəmiyyəti institutlarının üzərinə mühüm vəzifələr düşür. QAT bir təşkilat olaraq bütün imkanlarından istifadə edərək əhalimizin müxtəlif səviyyəli təbəqələri arasında maarifləndirmə işi aparır. Paytaxtımız Bakı şəhərində Qarabağ faciələrini özündə ehtiva edən reklamların olmaması bir ictimai qurum kimi bizi çox narahat edir. Bu fikrimizdən irəli gələrək 15 iyul 2015-ci ildə qəbul edilmiş "Reklam haqqında Azərbaycan Respublikasının Qanunu”nun 10.4 maddəsinə əsaslanaraq Sizdən Qarabağ hadisələrini göstərən reklamların şəhərdə və digər yol verilən ərazilərdə yerləşdirilməsinə şərait yaradılmasını xahiş edirik. Əvvəlcədən təşəkkür edirik.”

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300