Müsavatda Azərbaycan ordusunun 100 illiyi qeyd edildi

 

Müsavat Partiyasının qərargahında Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Azərbaycan himninin oxunması ilə başlayan tədbirdə Müsavat başqanı Arif Hacılı, istiqlalçı millət vəkili Hacıbaba Əzimov, Milli Şuranın sədri Cəmil Həsənli, Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli, Güney Azərbaycan İstiqlalçıları təşkilatının başqanı Əjdər Tağızadə və digərləri çıxış ediblər.

Çıxışlarda Məhəmməd Əmin Rəsulzadənin və milli hökumətin qərarı ilə yaradılan ordumuzun 1918-ci ildə Qarabağın, Bakının, Qubanın və digər ərazilərimizin erməni-rus hərbi birləşmələrindən azad edilməsində rolu qeyd edilib, vətən torpaq uğrunda şəhid olan əsgər və zabitlərimizin xatirəsi yad edilib.

Bildirilib ki, 100 il əvvəl milli ordumuz qondarma Sentrokaspi resbublikasını, Muğan bölgəsində yaradılmış "Muğan sovet respublikasının” ləğv edərək Azərbaycan Xalq Cümhuriyyətinin suverenliyini təmin edib.

Tədbirin sonunda Müsavat başqanı Arif Hacılı Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Cəmil Həsənliyə, Hacıbaba Əzimova, Əjdər Tağızadəyə, Qarabağ qazisi Əzizağa Süleymanova, Aqil Səmədbəyliyə, Arzu Səmədbəyliyə və digərlərinə fəxri fərman təqdim edib.

Fəxri fərman "Azərbaycanda Cunhuriyyət dəyərlərinin bərpası, hüquqi dövlət, azad cəmiyyət quruculuğu uğrunda apardığı ardıcıl, prinsipial mübarizəyə görə və Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə” təqdim olunub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300