Müsavat Partiyasının qərargahında N!DA Vətəndaş Hərəkatının təşəbbüsü ilə diskussiya-FOTOLAR

Fevralın 14-də Müsavat Partiyasının qərargahında N!DA Vətəndaş Hərəkatının təşəbbüsü ilə növbəti maraqlı diskussiya keçirildi. Medianın iştirakı ilə keçirilən və Meydan TV-nin canlı olaraq yayımladığı müzakirədə əvvəlcə mühazirələr dinlənildi.

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Real Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı və N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli ölkədə sistem dəyişikliklərindən sonra aparılmalı olan islahatlar haqqında məruzə etdilər. Bildirildi ki, Mill Şuranın sədri Cəmil Həsənli də tədbirə dəvət olunsa da səhhətindəki problemlə əlaqədar qatıla bilməyib.

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər həm MSDM tərəfindən, həm də Müsavat Partiyası tərəfindən hazılralan konsepsiya və təkliflər haqqında ətraflı məlumat verdi. Bildirdi ki, ölkənin inkişafı azadlıqların təmin olunmasından və təşşəbbüskarlığa şərait yaradılmasından keçir. İsa Qəmbər Müsavatın quracağı hakimmiyətdə görüləcək işlərdən danışdı və gənclərin bu prosesə cəlb olunacaqlarını bildirdi. İsa Qəmbər təmsil olunduğu düşırgənin Azərbaycanda dövləti idarə etmək və islahat aparmaq təcrübəsi olan yeganə qüvvə olduğunu qeyd etdi və 1992-93-cü illərdə Elçibəy hakimiyyətinin real müharibə şəraitində həyata keçirdiyi islahatları xatırlatdı.

Real Vətəndaş Hərəkatının təmsilçisi Azər Qasımlı 23 il hakimiyyətdə olan rejimin ölkədə vəziyyəti düzəltmək üçün hər hansı bir addım atacağına inanmadıqlarını, ona görə də Real Hərəkatının hakimiyyətə hər hansı təklif vermədiyini bildirdi. Azər Qasımlı bununla belə Real Hərakatının islahat proqramını tezislər şəklində ifadə etdi. O, ölkədə prezidentin səlahiyyətlərinin tədricən azaldılmasının və parlament tipli respublikaya keçidin tərəfdarı olduqlarını bildirdi.

Nida Vətəndaş Hərəkatının təmsilçisi Ülvi Həsənli müxtəlif sahələr üzrə həyata keçirilməli olan islahatlarla bağlı təşkilatın mövqeyini açıqladı. Qeyd etdi ki, müxalifətin islahatlarla bağlı görüşlərində böyük fərqlər mövcud deyil. Ülvi Həsənli dedi ki, bu gün ölkənin böhranla üzləşməsinin əsas səbəbineftin qiymətinin enməsi yox, hakimiyyətin yarıtmaz siyasətidir. Qeyd etdi ki, Azərbaycan xalqının işgüzarlığı imkan verir ki, bu islahatlardan sonra Azərbaycanda həqiqi inkişaf başlasınş.

Bundan sonra tədbir iştirakçılarının çoxsaylı suallarına cavab verilıdi.

(Tədbirin videoçəkilişi yazıya əlavə ediləcək).

Mustafa Hacıbəyli, bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300