Müsavat Cəlilabadda zona müşavirəsi keçirdi – Fotolar

Fevralın 14-də Cəlilabad rayonunda Müsavat Partiyasının zona müşavirəsi keçirilib. Bu haqda "Basta”ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülaga Aslanlı məlumat verib.  Müşavirədə partiyanın Cəlilabad, Biləsuvar və Masallı rayon təşkilatlarının fəalları iştirak ediblər.

İcra Aparatının rəhbəri Gülağa Aslanlı və Müsavatın Divan üzvü Rafiq İsmayıl ölkədəki ictimai siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələr haqqında məlumat veriblər. Yerli təkilatların rəhbərlərinə yeni təlimatlar çatdırılıb.

Toplantıda həmçinin Masallı rayon təşkilatının sədri Xasay Fərzulla, Müsavatın Məclis üzvü Rüfət Baxışbəyli, Cəlilabad rayon təşkilatının sədri Akif Bədirli, Biləsuvar təşkilatının sədri Yusif Mehdi, Cəlilabad rayon təşkilatının NTK sədri Rüstəm Rüstəmov və partiyanın keçmiş deputatlığa namizədi Azər Əsgərov çıxış ediblər. 

Müsavat Partiyası həftə boyunca Azərbaycanın bölgələrində zona müşavirələri keçirib. Bundan əvvəl partiyanın rəhbərliyinə daxil olan şəxslər Göyçay,  Şəki, Balakən, Quba və Salyan rayonlarına səfər edərək, analoji müşavirələr keçiriblər.

bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300