Məhərrəm İncə səssizliyi pozdu -"Kimlərəsə küçələrə çıxın demək…”

 

Türkiyədə keçirilən növbədənkənar prezident seçkilərindən məğlub çıxan CHP namizədi Məhərrəm İncə nəhayət ki, susqunluğunu pozub.

 

BakuPost xəbər verir ki, o, bu dəqiqələrdə mətbuat qarşısına çıxıb və susmasının səbəbini izah edib.

 

Siyasətçi təhdid edildiyi üçün susduğu barədə iddialara "heç kim məni təhdid etmədi, təhdid edəcək adam da hələ doğulmayıb” deyib.

 

"15 milyon vətəndaş mənə səs verib. Hədəfimiz bunu 30 milyona çatdırmaqdır. Cənab Ərdoğan, lütfən bu gündən sonra 81 milyonun prezidenti olun. Mənim sloqanımı istifadə edin. Artıq hamımızın prezidenti olun. Hamını qucaqlayın. Mən seçilsəydim elə edəcəkdim”, - deyə İncə qeyd edib.

 

Ortada ciddi səs çoxluğu ilə qalibiyyət var. Ona görə də kimlərəsə küçələrə çıxın demək demokratiyaya ziddir. Əgər qalibiyyəti bayram edə bilməyəcəksənsə, seçkilərə girməməlisən. 50+1 olsaydı, o zaman bunu etmək olardı. Amma ortada fakt var, qalibiyyət var.

 

Uduzdun deyə ona şər at, təbrik etmə deyə bir şey olmamlıdır”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300