Salah Çeçenistanın fəxri vətəndaşı oldu
Misirin futbol üzrə yığma komandasının yarımmüdafiəçi Məhəmməd Salah Çeçenistanın fəxri vətəndaşı olub.
Axar.az xəbər verir ki, bu statusu futbolçuya Çeçenistan lideri Ramzan Kadırov verib.
"Məhəmməd Salah - Çeçenistanın Fəxri vətəndaşıdır! Bu, məhz belədir! Bu gecə böyük futbolçuya yüksək adın verilməsi barədə fərman imzaladım" – deyə Kadırov öz Teleqram səhifəsində paylaşım edib.