Yemiş tumlarının faydaları-Qaraciyər, böyrəklər, bronxları təmizləyir...

 

Yemişın tumları çox faydalı müalicəvi məhsuldur.

Tumları qurutmaq və müxtəlif müalicəvi məqsədlərlə istifadə etmək olar.

Uluyol.az Sağlamolun.az-a istinadən sizə yemişin tumları ilə bağlı faydalı reseptləri təqdim edir.

1. Yemiş və həmçinin yemişin tumları güclü afrodiziak sayılır. Onlar kişilərdə potensiyanı və prostat vəzinin fəaliyyətini yaxşılaşdırır, kişi cinsiyyət sistemi xəstəliklərinin qarşısını almağa kömək edir. Bu məqsədlərlə tumları qurutmaq, qəhvəüyüdəndə üyütmək və gündə 3 dəfə 1 ç.q. olmaqla qəbul etmək lazımdır.

2. Yemişin tumları bronxları yaxşı təmizləyir, öskürəyi azaldır, xroniki öskürək zamanı kömək edir. Bu məqsədlə yemiş tumlarından hazırlanmış "süd" istifadə olunur. Üyüdülmüş tumları 1:8 nisbətində su ilə yaxşı qarışdırın, süzün və gündə 3 dəfə yeməkdən yarım saat əvvəl qəbul edin.

3. Yemiş tumlarından hazırlanmış süd həmçinin böyrəklər və qaraciyər üçün də faydalıdır, qanda şəkərin səviyyəsini tənzimləyir, qurdqovucu təsirə malikdir.

4. Yemiş tumlarının dəmləməsi əla kösmetik vasitədir. 2 x.q. üyüdülmüş tumun üzərinə 1 stəkan qaynar su tökün, 5-10 dəqiqə vam odda qaynadın, süzün, soyudun, losyon kimi istifadə edin. Vitaminlər, antioksidantlar və sinklə zəngin olan bu losyon dərini cavanlaşdırır, daha hamar edir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300