Daha bir nəfər Kürdə batdı-Neftçalada
Neftçala sakini Kür çayında boğulub.
Uluyol.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Neftçala rayonunun Surra kəndi ərazisində qeydə alınıb.
Rayonun Aşağı Qaramanlı kənd sakini, 1976-cı il təvəllüdlü Novruzov Rəşad Fəxrəddin oğlu sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.