986

Rusiya Suriyada mülki şəxsləri vurmaqla miqrant böhranını daha da dərinləşdirmək və bununla Türkiyə və Avropanı cəzalandırmaq istəyir.Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın "Deyli Sabah” qəzeti üçün qələmə aldığı məqalədə qeyd edib.

"Müharibə, siyasət və Suriya tragediyası” adlanan məqalədə Suriya böhranının həlli yolları və Rusiyanın bu ölkədə hərbi əməliyyatları artırmasından bəhs edilir: "Almaniyanın Münhen şəhərində fevralın 11-də Suriyada hücumların dayandırılması ilə bağlı əldə edilən razılıq heç bir əhəmiyyət kəsb etməyəcək. Rusiya Suriyada həyata keçirdiyi əməliyyatların üstünü ört-basdır etməyə çalışır. Rusiya həmçinin bu hücumlarla nəzərləri Ukrayna üzərindən yayındırmağa çalışır. Moskva eyni zamanda mülki şəxsləri hədəf alaraq miqrant böhranını daha da alovlandırmaq və bununla Türkiyə və Avropanı cəzalandırmaq istəyir. Vladimir Putin strateji mövqeyi haqda həmçinin ABŞ və Qərbə də mesaj göndərir. O, Qərbin bir sıra boşluqlarından istifadə etməyi bacarır”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300