Qarayev

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bu gün ailəsi ilə birlikdə Qusardakı «Şahdağ» Turizm Kompleksində istirahət edib. "AzPolitika”ya daxil olan məlumata görə, bu "ali irq” nümayəndəsinin istirahət gününü mənalı keçirmək istəyi eyni niyyətlə "Şahdağ”a üz tutan yüzlərlə "plebeyin” elementar hüquqlarının pozulmasına səbəb olub. Məsələn, nazir ailəsi ilə birlikdə restoranda olduğu vaxt başqalarının bu məkana girişi qadağan olunub.

Ailəsi ilə birlikdə "Şahdağ”da istirahət edən vətəndaşlardan birinin dediyinə görə, otelin restoranından istifadə etmək imkanı saatlarla məhdudlaşdırılıb. Turizm kompleksinin işçiləri bildiriblər ki, nazir Əbülfəs Qarayev ailəsi ilə birlikdə restorandadır, onlar çıxmayınca heç kimi ora buraxa bilməzlər. Yalnız nazir və ailəsi restoranı tərk etdikdən sonra "qara camaata” yemək verilib.

Əslində Azərbaycan reallığında bu hadisə qətiyyən təəccüblü deyil. Ancaq bəla ondadır ki, Əbülfəs Qarayev Azərbaycanın nə MTN, nə də kənd təsərrüfatı naziridir. O, ölkənin MƏDƏNİYYƏT və TURİZM naziridir. Ailəsi restoranda olduğu üçün bir turizm kompleksinin restoranını digərlərinin üzünə bağlatmaq isə, həm MƏDƏNİYYƏTƏ zidd bir hərəkətdir, həm də TURİZM siyasətinin mahiyyətini açıb ortaya qoyur.

993291424756947

"Şahdağ” Turizm Kompleksi əcnəbi turistlərin az da olsa maraq göstərdikləri Azərbaycanın nadir turizm obyektlərindən biridir. İndi təsəvvür edin ki, nazirə görə otelin restoranının digər müştərilərin üzünə bağlanmasını bu gün "Şahdağ”da olan əcnəbilər necə qarşılayıblar.

Faciə həm də bundadır ki, neft erasının bitdiyi, hökumətin və xalqın qeyri-neft sektorundan, o cümlədən də turizmdən asılı qaldığı bir dövrdə Azərbaycanın turizm siyasətinin başında Əbülfəz Qarayev durur. Özünün və ailəsinin rahatlığı naminə yüzlərlə yerli və xarici turistin hüquqlarının tapdanmasını özünə rəva görən Əbülfəs Qarayev…

Rasim ƏLİYEV
AzPolitika.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300