Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Rusiyanın baş naziri Dmitri Medvedevin Mühhen Təhlükəsizlik Konfransı çərçivəsində çıxış edərkən zalı tərk edib.
APA-nın məlumatına görə, Medvedev səhnədə dünya təhlükəsizliyi mövzusunda çıxış edərkən, Saakaşvili nümayişkaranə zalı tərk edib.
Xatırladaq ki, Sakkaşvilinin 2013-cü ildə BMT Baş Assambleyasında çıxış zamanı Rusiya nümayəndə heyəti zalı tərk etmişdi.