Fazil Mustafadan daha bir qalmaqallı açıqlama: "Bu ölkəni mollaxanaya çevirmək istəyənlər...”

 

"Zalimin zülmündən daha dəhşətlisi Cahilin zülmüdür”.

Musavat.com xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa sosial şəbəkədəki statusunda yazıb.

F.Mustafa qeyd edib ki, bu müqəddəs dövləti 1918-ci ildə quranlar bizdən saymadığımız və hamıdan çox bizim olmağa haqqı çatan Aleksandr Osipoviç Çernyayevskinin türkcə "Vətən dili" dərsliyini oxuyub dərk edən aydınlar idi və azərbaycanlılar da bunu unutmamalıdır:"Yenə də 1991-ci ildə bu dövlətin müstəqilliyini bərpa edənlər Sovet təhsil sistemindən yetişən insanlar idi... Yəni mollaxanada yetişən düşüncə müasir dövlət qura bilməz. Biz əsrlərdir mollanın dinini yaşamışıq, Quranın dinini dolabların üstündə müqəddəsdir deyib toxunulmaz saxlamışıq. Bu gün təhsil sistemimizdə təcili o boşluqları doldurmalıyıq ki, buradan müstəqil və modern dövlətimizi qoruyacaq bir nəsil yetişsin. Bu ölkəni təkrar Molla İbrahimxəlil kimyagərlərin, Molla Sadıxların, Şeyx Nəsrullahların mollaxanasına çevirmək istəyənlərə qarşı hamılıqla intellektual dirəniş göstərməliyik. Çevrənizə diqqətlə baxsanız, görərsiniz ki, bu dirənişdə artıq xeyli gecikmişik”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300