Müsavat Məclisinin üzvü saxlanıldı

 

Müsavat Partiyasının Məclis üzvü və "Basta” saytının əməkdaşı Rüfət Baxışbəyli saxlanılıb.

 

Bu haqda "Basta”ya onun ailə üzvləri məlumat verib.

 

Bildirilir ki, bu gün 5 nəfər polis əməkdaşı Abşeron rayonunun Hökməli kəndində Rüfət Baxışbəylinin kirayədə yaşadığı evə gəliblər.

 

Rüfət Baxışbəyli polisə aparılıb. Mülki geyimdə olan daha iki polis məmuru isə həmin evdə axtarış aparıblar. Rüfət Baxışbəylinin telefonu və paltarları götürülüb.

 

Axtarışa gələnlər 90 OU 065 dövlət nömrə nişanlı Niva markalı avtomobildə olublar və özlərini Yasamal rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim ediblər.

 

Saxlanmanın səbəbi bilinmir. Polis şöbəsindən məsələ ilə bağlı məlumat almaq mümkün olmayıb.

 

Müsavat Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, Rüfət Baxışbəylinin yazılarına görə saxlandığı ehtimal edilir.

 

***

 

Abşeron rayon polis şöbəsindən bildiriblər ki, Rüfət Baxışbəyli (Baxışov) onlar tərəfindən saxlanılmayıb: "Bizdə belə bir adam yoxdur, olmayıb”.

 

***

 

Yasamal rayon Polis İdarəsinin növbətçi hissəsindən də "Basta”ya bildirilib ki, Rüfət Baxışbəyli bu rayonun polis idarəsinə gətirilməyib.

 

***

 

Rüfət Baxışbəyli saxlandıqdan və onun telefonu götürüldükdən az müddət sonra onun feysbuk səhifəsi dondurulub. Bu amil, onun məhz yazılarına görə saxlandığını təsdiq edir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300