Müsavat bölgələrdə müşavirələr keçirdi-Polis müdaxiləsi oldu-FOTOLAR

Fevralın 13-də Şəki şəhərində və Balakən rayonunda Müsavat Partiyasının zona müşavirələri keçirilib. Bu haqda "Basta”ya Müsavat başqanının müavini Elman Fəttah məlumat verib. Şəkidəki müşavirədə partiyanın Şəki şəhər təşkilatının, eləcə də  Qəbələ və Oğuz rayon təşkilatlarının təmsilçiləri iştirak ediblər. Balakəndəki toplantıda isə Balakən və Zaqatala təşkilatlarının rəhbərləri iştirak ediblər. Hər iki toplantıda Elman Fəttah ölkədəki ictimai-siyasi vəziyyət barədə məlumat verib, böhrandan çıxış yolları barədə Müsavatın mövqeyini izah edib,  yerli təşkilat rəhbərlərinə partiyanın təlimatlarını çatdırıb.

Quba

Fevralın 13-də Qubada Müsavat Partiyasının zona müşavirəsi keçirilib. Partiyanın yerli təkilatının qərargahında keçirilən tədbirin sonunda, müsavatçılar polis müdaxiləsi ilə üzləşiblər. Bu haqda "Basta”ya Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı məlumat verib.

Müşavirədə Müsavat Partiyasının Quba, Xaçmaz, Şabran, Qusar və Siyəzən rayon təkilatlarının rəhbərləri iştirak ediblər.

Müsavatın Məclis sədri Nüşabə sadıxlı, MNTK sədri Sevinc Hüseynova və Məclis üzvü Zakir Məmmədzadəölkədəki ictimai siyasi durum haqqında məlumat verib, yerli müsavatçılara partiyanın təlimatlarını çatdırıblar.

Tədbirin sonunda – müsavatçılar qərargahın qarşısında şəkil çəkdirmək istəyərkən polis müdaxilə edib. Rayon polis şöbəsi rəisinin müavini Arzu Rzayev Müsavatın Məclis üzvü Könül Turan Türkün telefonunu əlindən alıb. Könül Turan Türkün "Basta”ya verdiyi məlumata görə, müşavirənin qanun çərçivəsində keçirildiyi izah olunduqdan sonra polis telefonu qaytarıb. Partiya yetkililərinin şəxsiyyət vəsiqələrindəki məlumatlar götürüldükdən sonra, onlar sərbəst buraxılıb.

Salyan

Favralın 13-də Salyan rayonunda da Müsavatın zona müşavirəsi keçirilib. Bu haqda "Basta”ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülaga Aslanlı məlumat verib.  Müşavirədə partiyanın Salyan, Neftçala və Şirvan təşkilatlarının rəhbərləri iştirak ediblər.

İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Müsavat başqanının müavini Osman Kazımov və MNTK üzvü Baba Allahnəzərov ölkədəki ictimai siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələr haqqında məlumat veriblər. Yerli təkilatların rəhbərlərinə yeni təlimatlar çatdırılıb.

Qeyd edək ki, bu həftə Göyçay rayonunda da Müsavatın zona müşavirəsi keçirilmişdi. Partiyanın təşkilat şöbəsindən "Basta”ya bildirilib ki, müşavirələr bütün ölkəni əhatə edəcək.

Mustafa Hacıbəyli, bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300