bitmap-img6
Azərbaycanda yeni iqtisadi və siyasi reallıqlar ciddi kadr və struktur islahatlarını qaçılmaz edib. Prezident İlham Əliyev son çıxışlarında qeyd etdiyi kimi, bir sıra nazirlik və dövlət komitələri ləğv ediləcək və ya birləşdiriləcək. Bunu Nazirlər Kabinetinin bir neçə həftə keçirilmiş iclasındakı çıxışında Azərbaycan prezidenti cənab İlham Əliyev özü vurğulayıb: "Keçən il müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı ildə dünyada iqtisadi böhran başa çatacaq. Belə olan halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaq”. 

Hal-hazırda bir neçə dövlət qurumunun yaxın vaxtlarda ləğvi müzakirə obyektinə çevrilib. Onların arasında yerli və regionların icra hakimiyyətləri də var. Bəli, əksəriyyətinin hansı amala, hansı mənsəbə qulluq edildiyi bilinməyən icra hakimiyyətləri. Bu gün onlardan birinin - Nəsimi rayon İcra Hakimiyyətinin fəaliyyəti, daha dəqiq desək, "fəaliyyətsizliyi” barədə danışacağıq. Bu günlərdə Nəsimi rayon, 20 Yanvar küçəsi 2/51 ünvanında yaşayan bir qrup sakinin redaksiyamıza ünvanladığı şikayət məktubunda yazılan faktları oxuyanda əslində heç də təəccüblənmədik. Çünki paytaxtın bu rayonun icra başçısının əsas vəzifəsinin dövlət büdcəsindən ayrılan pulları mənimsəmək, rayonun imkanlı şəxslərinə küçələri, parkları təmir etdirməkdən ibarət olduğunu bu məktubsuz da görürük və bilirik. Rayonun müxtəlif yerlərində yollara ayrılan vəsaitlərin mənimsənilməsi, əhalinin maddi vəziyyətini yaxşılaşdırmaq üçün nəzərdə tutulan ünvanlı sosial yardımların əsl sahiblərinə çatmaması, təhsilə, səhiyyəyə ayrılan xərclərin düzgün sərf olunmaması, bir sıra vəzifə sahibləri üçün aylıq "tas"ların müəyyənləşdirilməsi, qanuni tikinti aparan hüquqi şəxslərdən rüşvət tələb olunması... Siyahını əslində bir qədər də genişləndirmək olar. Bəzən genişlənməsi üçün təmirə dayandırılmış bir yol aylarla təhvil verilmir. Təmirə dayanan və təhvil verilməyən sadəcə yollar deyil, həm də binaların həyətləridir. Burada nə abadlıqdan, nə uşaqlar üçün nəzərdə tutulmuş oyun meydançalarından, skamyalaradan söhbət belə gedə bilməz. Ağaclar isə xüsusilə "soyqırımı”na məruz qalır, bəzi binaların qazanxanaları yerli-dibli sökülür. Amma redaksiyamıza məktubla müraciət edən sakinləri ən çox narahat edən məsələ qışın oğlan çağında mənzillərinin istiliklə təmin edilməməsidir. Maraqlısı budur ki, istilik boruları mənzillərin əksəriyyətində var. Amma boruların içində isti su tapmaq mümkün deyil. Onlar istənilən problemi öz şəxsi vəsaitləri hesabına aradan qaldırmağa da razıdırlar. Amma nə etməli ki, sakinlərin problemi ilə maraqlanan, onlara can yandıran yoxdur. Nəsimi rayon icra başçısının başı apardığı tikintilərə, icarəyə verdiyi, alıb-satdığı obyektlərə qarışıb. Onun köməkçiləri isə "rəis”in "məşğul olmasından” istifadə edərək, ərazidə at oynadırlar. Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də bu günə kimi əsaslı cavab ala bilməyiblər. Yazın gəlişinə sayılı günlər qalsa da, onlar hələ də mənzillərini isidə bilmirlər. 

Asif Əsgərov öz vəzifəsinə "məsuliyyətlə” yanaşan ilk və son icra başçısı deyil. Maraqlıdır, əgər bir icra başçısı üç ay ərzində bir binanı istiliklə təmin olunmasına nail ola bilmirsə, görəsən o, kimə lazımdır? Bəlkə həqiqətən də bir çox qurumlar kimi yerli icra hakimiyyətlərini də ləğv etməyin zamanı gəlib çatıb. 




Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300