"Elçibəy gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib

 

"Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsi "Elçibəy Gənclərin gözü ilə” mövzusunda tədbir keçirib

 

Dəyirmi masada Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Təşkilat Komitəsinin üzvü Çingiz Özgür, Milli Məclisin deputatı Fazil Mustafa, Ə.Elçibəyin gənclərlə üzrə müavini olmuş Bəhram İsmayıl və digərləri iştirak ediblər.

 

Təşkilat Komitəsinin üzvü Çingiz Özgür çıxış edərək xatırladıb ki, Əbülfəz Elçibəyin 80 illiyi ilə əlaqədar bir sıra tədbirlər keçirilib.

 

O bildirib ki, Ə.Elçibəylə bağlı 1000 səhifəlik kitab hazırlanıb: "Bu kitabda Elçibəyin müsahibələrinin toplusu yer alır. Azərbaycanda elçibəyçi gənclik yetişir. 1992-1993-cü ildə Elçibəyin komandasının böyük hissəsini gənclər təşkil edirdi”.

 

Ə.Elçibəyin gənclərlə üzrə müavini olmuş Bəhram İsmayıl deyib ki, eks-prezident vətəni, dövləti sevən insan olub: "O, çox nəhəng insan idi, prezidentlik vəzifəsini çox sadələşdirmişdi. Ona görə də hər kəs prezident olmaq istəyirdi. Elçibəy millətin böyüklüyünü millətə çox yaxşı aşılayıb, gənclərə xüsusi diqqət yetirirdi. O, çox vicdanlı insan idi. Onun ideyaları daim yaşayacaq”.

 

1992-1993-cü illərdə Prezident Aparatı Dövlət-hüquq şöbəsinin müdiri olmuş, Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Əbülfəz Elçibəy bürokratik mənada dövlət adamı deyildi, amma o, millətin düşüncələrini oxumağı bacarırdı, millətə dəyər verirdi: "O, prosesin tənzimlənməsini vacib sayırdı. Elçibəy partiyalılıqdan daha çox hərəkatçı idi. Onunla bağlı məsələlərə münasibət bildirərkən obyektiv olmaq lazımdır. Tənqid də, tərif də etmək olar. Elçibəy elə bir adam idi ki, onu tənqid edənləri susdurmağa çalışmırdı. Ona görə də biz də ona fikirlərimizi rahatlıqla çatdırırdıq. O sərbəstliyin hesabına siyasətə yüzlərlə insan gəldi”.

 

F.Mustafa qeyd edib ki, o dövrdə konkretləşmə məsələsində bir qədər çətinlik olub: "Lazımi qərarların verilməsində çeviklik göstərə bilmədik. Məsələn, tarixçilərlə hər hansı məsələni müzakirə edirik, vaxt başa çatır, amma qərar qəbul olunmur. Bəzi məsələlərlə bağlı qərarların qəbulunda çeviklik göstərilməli idi”.

 

Hüquq müdafiəçisi Oqtay Gülalıyev deyib ki, Ə.Elçibəy hər zaman gənclərə böyük önəm verib: "O, gənclərə yol göstərirdi. Elçibəy bunu fəaliyyəti ilə sübut edirdi. O, bizi elə təqdim edirdi ki, sanki bizim fikirlərimizə ehtiyacı var, amma belə deyildi, bizim onun fikirlərinə ehtiyacımız var idi. İndiki dövrdə qarşılaşdığımız çətinliklərin kökündə Elçibəyə qarşı səmimi olmamağımız dayanır. Biz yolumuzda dürüst olmalı idik. Dürüst olduqmu? Olmadıq… Hər kəs səmimi mübarizə aparmalıdır”.

 

1993-cü ildə baş nazir olmuş, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn vurğulayıb ki, Elçibəy dövrünün inqilabçısı olub: "O bilirdi ki, prosesin hərəkətverici qüvvəsi gənclərdir. Elçibəy 32 yaşında yazdığı əsərində Azərbaycanın birləşməsi ideyasını irəli sürmüşdü”.

 

Xatirə tədbiri digər çıxışlarla davam edib. (minval.info)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300