bitmap-img6
Malik Həsənov Cəlilabada əməli başlı şah obrazı yaradıb

Deputatın rayonda məmurlara qarşı sərt olduğu və icra başçısı Əziz Əzizov başda olmaqla bütün idarə və təşkilat rəhbərlərin ondan çəkindiyi deyilir.

Ölkə parlamenində mandat qazanmış bir çox depuatlar təmsil etdikləri rayonlarda söz sahibi olmaqla bərabər bəziləri hətta icra başçısı rolunu oynayır. Belə depuatatlardan biridə 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən mandat almış Malik Həsənovdur. AzMedia.info-ya  daxil olan məlumata görə Malik Həsənov Cəlilabada əməli başlı şah obrazı yaradıb. 

AzMedia.info-ya Cəlilabad rayonundan daxil olan məlumata görə faktiki olaraq rayonda hazırda icra başçısı funksiyasını deputat Malik Həsənov həyata keçirir. Belə ki, Cəlibaddakı bütün məmurlar ayda bir dəfədə olsa depuatata hesabat verirlər. Hətta depuata Malik Həsənov Cəlilabad rayonuna etdiyi səfərlər zamanı sahib olduğu restoranın qarşısında məmurlar onun pişvazına çıxırlar. AzMedia.info-nu Cəlilabaddan məlumatlandıran mənbə bildirir ki, rayonun bütün büdcə təşkilatlarınin rəhbərləri icra başçısı Əziz Əzizovla yox, Malik Həsənovla hesablaşırlar və deputatı rayonun əsil rəhbəri kimi qəbul edirlər. Hətta rayonda artıq idarə müdirlərinin təyinatında Malik Həsənovun əsas rol oynadığı qeyd olunur. 

Mənbəmiz iddia edir ki, büdcə təşkilatlarının rəhbərləri Bakıya səfər etdikləri vaxt mütləq depuatatın qəbuluna gəlirlər və rayonda olub bitənləri icra başçısı Əziz Əzizovun hansı işlər çevirdiyini ona məruzə edirlər. Deputatın ən isti münasibəti olan idarə müdirlərindən birinin isə Cəlilabad maliyyə idarəsinin müdiri olduğu bildirilir. Məhz depuatatın Cəlilabad səfərlərində Malik Həsənovun bütün xərclərini Maliyyə idarəsi ilə Suvarma Sistemləri İdarəsinin müdirinin çəkdiyi deyilir. Hətta deputatın rayonda məmurlara qarşı sərt olduğu və icra başçısı Əziz Əzizov başda olmaqla hamısının ondan çəkindiyi deyilir.

Mənbə buna ən bariz misallardan biri olaraq keçən il Cəlilabad icra başçısının müavini Asif Əzizovun deputat Malik Həsənov tərəfindən döyülməsini göstərir. Həmin vaxt deputatın cavabını qaytaran icra başçısının müavini Malik Həsənov tərəfindən fiziki zora məruz qalmışdı. Deputat başçı müavini ilə dalaşdıqdan sonra Asif Əzizovun məcburi ərziə yazaraq işdən çıxmasını tələb etmişdi. Başçı müavini isə vəzifəsindən getməyəcəyini desə də sonda icra başçısı Əziz Əzizov Asif Əzizovu yola gətirərək işdən çıxmasına razılıq almışdı. 

Mənbəmiz onu da qeyd edir ki, Cəlilabad icra başçısı Əziz Əziovun qardaşları və qohumları Malik Həsənovun tikinti şirkətində işləyirlər. Bu şirkətlərdən biri Əziz Əzizovla şərikli paytaxtın «Papanin» deyilən ərazisində hündürmərtəbəli bina tikintisi ilə məşğuldur. Mənbə bildirir ki, iki il öncə Əziz Əzizov, həmin tikintisi üçün ölkədəki bankların birindən 2 milyon manat kredit götürüb və həmin kredit hazırda tam ödənilmədiyi üçün problemli kredit hesab olunur. 

Qeyd edək ki, Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun və həmin rayonu Milli Məclisdə təmsil edən Malik Həsənovun Cəlilabdda və Bakıdakı biznesləri barədə yaxın günlərdə oxucularıımıza ilginc məlumatlar verəcəyik.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300