"Azərbaycanın adı dəyişdirilməlidir” –Konsey başqanından maraqlı TƏKLİF

Azərbaycan dövləti İrana qarşı həddindən artıq təmkinli davranır. Bizim ictimai rəydə də, İrana qarşı aqressiya yoxdur.

İranda Güney Azərbaycandan olan milli fəalların həbs edilməsi ilə bağlı teleqraf.com-a danışan "Yeddi Dövlət – Bir Millət” Konseyinin başqanı Azər Həsrət belə deyib.

İran Azərbaycanın bu xoş niyyətinin anlayacaq dövlət olmadığını deyən Azər Həsrət qeyd edib ki, İranı idarə edənlərin təfəkkürü Azərbaycan və bu ölkədə yaşayan insanların onlara qarşı olan loyal davranışlarını qiymətləndirmək səviyyəsində deyil:

"Amma İran hələ də, Azərbaycanın bir hissəsini öz əsarəti altında saxlayır. Halbuki biz buna görə, İrana qarşı üsyanda olmalıyıq, amma təmkinli davranırıq. Görünən isə budur ki, İranı idarə edən həmin adamlar bunu başa düşmürlər.

Buna görə də, bu məsələ ilə mübarizəni ilk növbədə Azərbaycan Respublikasının adını dəyişdirilməsindən başlamaq lazımdır. Əgər bir ölkənin güneyi və quzeyi varsa, niyə Azərbaycan Respublikasının adını dəyişdirib Quzey Azərbaycan Respublikası qoymayaq? Hər addımda İrana diktə olunmalı və başa salınmalıdır ki, o bizim torpaqlarımızın bir hissəsini öz əsarət altında saxlayır və o torpaqlarda yaşayan soydaşlarımıza qarşı repressiyalar həyata keçirir. Bu məsələni qlobal səviyyədə gündəmə gətirməliyik. İlk növbədə Azərbaycanın adı dəyişdirilməli və bu məsələnin birdəfəlik həlli üçün digər konkret addımlar atılmalıdır. Əks halda, İran hakimiyyətindən Güney Azərbaycanda yaşayan soydaşlarımıza normal münasibət gözləməyə dəyməz”.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300