Lənkəran Təhsil Şöbəsində 120 min manatlıq yeyinti
"Audit yoxlaması Lənkəran Təhsil şöbəsində külli miqdarda maliyyə yeyintisi aşkarladı”. Bizimxeber.az-ın Lənkəran müxbirinin verdiyi məlumata görə, aparılan audit yoxlaması zamanı təqribən 120 min manatdan atrıq maliyyə itkisi bəlli olub. Auditorlar təhsil şöbə müdirəsi Şahanə Əhmədovadan qısa zamanda pulun dövlət hesabına ödənilməsini tələb ediblər.
 
Məlumatda qeyd olunur ki, bu məbləği ödəyə bilməyən müdirə məktəb direktorlarından pulun toplanmasını tələb edib. Şəhər mərkəzində yerləşən məktəb direktorlarından 10 min manat, kənd məktəb direktorlaından isə təxminən 5 min manat civarında pul tələb olunub.
 
Lakin bir neçə məktəb direktoru Şahanə Əhmədovanın dediklərinə etiraz edərək bu qədər pulu ödəyə biıməyəcəklərini bildiriblər.
 
Məlumatda qeyd olunur ki, hazırda dövlət büdcəsinə ödəniləcək 120 min manatdan artıq pulunu toplanmasına start verilib. Şahanə Əhmədovaya pulun ödəniləməsi üçün dəstək olan bəzi məktəb direktorları müəllimlərdən 50 manat pul yığımına start veriblər. Müəllimlərin əksəriyyəti isə bu pulu verməkdən imtina edir.
 
Pul verməkdən imtina edən məktəb direktorlarının fəaliyyəti ciddi yoxlanılır. Bir neçə məktəbdə aparılan yoxlama zamanı 15-18 min manat arasında itki ortaya çıxıb.
 
Daha dəqiq təfərrüatlar barədə əlavə məlumat verəcəyik…

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300