Berlində "Normand dördlüyü” XİN rəhbərlərinin görüşü keçirilib
Berlində Ukraynada münaqişənin nizamlanması üzrə "Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) XİN rəhbərlərinin görüşü başa çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, danışıqlar 5 saata yaxın davam edib.
Görüşün rəsmi hissəsi başa çatdıqdan sonra nazirlər işçi şam yeməyi formatında müxtəlif məsələləri müzakirə ediblər.