İlham Əliyev Moskvaya gedir -DÇ-nin açılışında iştirak edəcək
Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya gedir.
BakuPost Rusiya mətbuatına istinadən xəbər verir ki, səfərin məqsədi Moskvada keçiriləcək futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak etməkdir.
Qeyd edək ki, dünya çempionatının açılış mərasimi iyunun 14-də "Lujniki” stadionunda keçiriləcək.
Mərasiminə bir neçə ölkənin liderləri, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilir.