Rəşid Behbudovun xatirəsi anılıb-Video

 

İyunun 9-da görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun xatirə günü münasibətilə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub.

Uluyol.az "AZƏRTAC"-a istinadən xəbər verir ki, anım mərasimində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, sənətkarın ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Müğənninin qızı Rəşidə Behbudova neçə illərdir atasının səsinə, nəfəsinə ehtiyac duyulduğunu söyləyib. "Rəşid Behbudovun bizə yadigar qoyub getdiyi musiqi, kinofilm və lent yazıları, ifa etdiyi mahnılar, yaratdığı obrazlar onun mənalı ömür yolunun parlaq səhifələrindəndir. Bənzərsiz səsi, yüksək vokal istedadı və böyük sənətkarlığı ilə Azərbaycan musiqisini dünyada tanıdan Rəşid Behbudov mədəniyyətimizin görkəmli simalarındandır. Onun çoxcəhətli fəaliyyəti incəsənətimizin zəngin mərhələsini təşkil edir. Əsasını qoyduğu Mahnı Teatrı unudulmaz sənətkarın adını yaşadır”, - deyə Rəşidə Behbudova qeyd edib.

Teatrın solisti, Xalq Artisti Gülyanaq Məmmədova R.Behbudovun böyük sənətinin davamçılarından olması ilə fəxr etdiyini deyib:"Repertuarımda həmişə bu böyük sənətkarın ifa etdiyi mahnıları yenidən canlandırmağa çalışıram. Ölkəmizdə və xaricdə Rəşid Behbudov sənətinin pərəstişkarları onun mahnılarını rəğbətlə qarşılayırlar”.

Sənətkarın ailə üzvləri ziyarətə gələn hər kəsə dərin təşəkkürlərini bildirdiblər.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300