Müsavat qurultaya hazırlaşır – Məclis qərar verdi

 

Müsavat Məclisinin növbəti sessiyası keçirilir.

İclası açıq elan edən məclis sədri Nüşabə Sadıxlı sözü başqan Arif Hacılıya verdi.

Görülən işlər barədə hesabatla çıxışı edənArif Hacılı "Cümhuriyyət-100” çərçivəsində Müsavat partiyasının keçirdiyi tədbirlərdən danışdı.

"Biz elə bir hüququ dövlət, insan haqlarına, azadlıqlarına dəyər verən sistem qurmalıyıq ki, cümhuriyyətçi babalarımızın ruhu şad olsun. Çünkü onlar 100 il öncə bu dəyərlər uğrunda mübarizə aparmışdılar” -Arif Hacılı bildirdi.

"Öz ayağı ilə polis bölməsinə gedib həbs olunan Müsavat fəalı Elvin Abdullayevi polisə tabesizlik göstərmək ittihamı ilə həbs etdilər. ABŞ-da təhsil alıb Azərbaycana dönən hüquqşunas Emin Aslanı polisə tabesizlikdə ittiham edib həbs etdilər. Bu da Azərbaycan hakimiyyətinin Azərbaycan xalqına düşmən münasibətinin göstəricisidir.” -Arif Hacılı əlavə etdi.

Arif Hacılı Müsavat Partiyasının Qurultayının keçirilməsi ilə bağlı təşkilat komitəsi yaradılmasının vaxtının çatdığını, qurultayı tam vaxtında, uğurla keçirməyin vacibliyini bildirdi.

Çıxış edən MSDM sədri İsa Qəmbər Müsavat Partiyasının, ümumilikdə Azərbaycan xalqının Cümhuriyyətin yüz illiyi münasibəti ilə keçirilən tədbirlərdə fəallığını alqışladığını, hər bir vətəndaşın Cümhuriyyətlə bağlı nələrsə etməyə çalışdığını müşahidə etdiyini və bu halı yüksək qiymətləndirdiyini bildirdi.

Müsavat Gəncə təşkilatın sədri Cahangir Əmirxan, Masallı təşkilatının sədri Xasay Fərzulla, Şəki təşkilatının sədri Rəşid Hacılı, Göyçay təşkilatının sədri Namiq Hacıbəyli, Divan üzvləri Elman Fəttah, Nemət Kərimli, Nailə Yaqublu, Yadigar Sadıqov, başqan müavini Səxavət Soltanlı Arif Hacılının məruzəsi ətrafında çıxış etdilər.

Toplantıda bir qrup müsavatçıya Azərbaycanda Cümhuriyyət dəyərlərinin bərpası, hüquqi dövlət, azad cəmiyyət quruculuğu uğrunda apardığı atdıcıl, prinsipal mübarizəyə görə və Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təltif olunaraq fəxri fərmanlar təqdim olundu.

Daha sonra Qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradıldı:

1. A. Hacılı

2. İ. Qəmbər

3. N. Sadıxlı

4. R. Əmiraslanlı

5. O. Kazımov

6. S. Soltanlı

7. F. Kərimli

8. S. Hüseynova

9. R. İsmayıl

10. B. Abbaslı

11. T. Yaqublu

12. N. Yaqublu

13. E. Fəttah

14. N. Kərimli

15 İ. İsrafil

16. V. Cümşüdlü

17. Y. Sadıqlı

18 S. Məhərrəmli

19. M. Hacılı

20. Ə. Sadıqlı

21. F. Ələsgərli

22. H. İsmayılov

23. C. Əmirxanlı

24. B. Mikayılov

25. R. Əliyev

26. S. Vəliyev

27. M. Salayev

28. M. Babayev

29. F. Cərullayev

30. Y. Tağı

 

Müsavat Məclisinin bu günkü iclasında həmçinin Məclisin katibliyinə də, seçki keçirildi. Gizli səsvermənin nəticələrinə görə Fəridə Ələsgərova Müsavat Məclisinin katibi seçildi.


 

Könül Alı, bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300