Azərbaycanda görülməmiş hadisə-ÖLÜ DİRİLDİ 

Ürəyinə damar tıxanması səbəbindən bir neçə stend qoyulan 50 yaşında bir vətəndaşımız iki gündən sonra müayinə üçün yenidən əməliyyat olunduğu xəstəxanaya aparılıb.

Uluyol.az "moderator.az” saytına istinadən xəbər verir ki, həkimlər bildiriblər ki, hər şey qaydasındadır və onun Bakıdan Bərdəyə qayıtmasına icazə verilib. Pilləkənlərlə aşağı düşərkən xəstənin halı qəflətən pisləşib və təkrarən qolundan tutub həkimlərin kabinetinə çatdırıb yerdə uzadıblar. Xəstəni təkrar müayinə edən həkimlər onun artıq dünyasını dəyişdiyini bildiriblər.

Beləliklə, Bərdəyə həmin şəxsin ölüm xəbəri verilib və "cənazə”ni təcili yardım maşını ilə rayona aparıblar. Rayonda yas çadırı qurulub və məzar yeri qazılıb. Amma xoşbəxtlikdən bu zaman kimsənin ağlına gəlməyən bir olay baş verib. Yolda silkələnmədən və ya hansısa naməlum səbəbdən "meyit” gözlərini açıb və "məni hara aparırsınız” sualı verərək hamını şoka salıb.

Beləliklə, xəstəni Bərdə rayonuna aparıblar və dəvət olunmuş həkimlər – kardioloq və nevropatoloq onun vəziyyətinin stabil olduğunu bildiriblər.

Qeyd edək ki, xəstənin adı-soyadı və olayın paytaxtın hansı xəstəxanasında yaşandığı barədə dəqiq məlumat var. Amma hələ ki, bu barədə ətraflı məlumat verilməsini məqsədəuyğun hesab etmirik. Ümid edirik ki, Səhiyyə Nazirliyi məsələyə reaksiya verəcək və yalnız bundan sonra oxucularımıza əlavə maraqlı məlumatlar verəcəyik.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300