81 Azərbaycan vətəndaşı Gürcüstanda həbsdədir

 

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı 81 nəfərdir.

Gürcüstanın Cəzaların İcrası və Probasiya Nazirliyinin xəbərinə görə, bu ilin aprel ayına olan məlumata əsasən, qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının 18-i təqsirləndirilən şəxs, 63-ü isə məhkumdur.

Təqsirləndirilənlərin hamısı kişi, məhkumların isə 59-u kişi, 4-ü qadındır.

Azərbaycan vətəndaşları Gürcüstanda həbs cəzası çəkən əcnəbilərin 16,2%-ni təşkil edir.

Gürcüstan həbsxanalarında ümumilikdə 501 xarici ölkə vətəndaşı saxlanılır. Onların arasında saya görə Türkiyə vətəndaşları (129 nəfər) birinci yerdədir.

Qonşu ölkənin həbsxanalarında saxlanılan Rusiya vətəndaşlarının sayı 51, İran vətəndaşlarının sayı 61, Ermənistan vətəndaşlarının sayı isə 31 nəfər təşkil edir. (APA)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300