Azərbaycanda istehsal olunan avtomobillər gələn həftədən satışa çıxarılır (FOTO)

Neftçala sənaye məhəlləsindəki Azərbaycan-İran birgə zavodunda istehsal olunan "Khazar” avtomobillərinin alışı üçün artıq 40 sifariş daxil olub.

Trend-in məlumatına görə, bunu zavodun sahiblərindən biri olan "AzərMaş” şirkətinin İdarə heyətinin sədri Emin Axundov deyib.

O bildirib ki, ilk sifarişçilər dövlət strukturları – İqtisadiyyat, Energetika və Vergilər nazirlikləri olub. Bu günədək zavodda 100-ə yaxın avtomobil istehsal olunub.

E.Axundovun sözlərinə görə, avtomobillərin satışı gələn həftənin əvvəlində başlayacaq. İlk mərhələdə "Khazar SD” və "Khazar LD” modelləri satışa çıxarılacaq. Satışlar Bakıda 3 satış mərkəzində həyata keçiriləcək.

"Khazar SD”-nin satış qiyməti 16 min manat, "Khazar LD”-nin satış qiyməti 18 min manat təşkil edəcək.

O əlavə edib ki, avtomobilləri 20 faiz ilkin ödənişlə lizinqə və ya 50 faiz ilkin ödənişlə kreditə almaq olar. Aylıq ödəmə 18 faiz təşkil edəcək.

Zavodda istehsal olunan bütün avtomobillər Avro-5 standartına cavab verir.

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300