Xərçəngdən əziyyət çəkən 4 yaşlı İbrahimə YARDIM EDƏK

 

"Hər şey birdən-birə oldu. Uşağın qarnı şişdi. Apardım pediatra... Pediatr göndərdi, cərraha... Cərrah USM müayinə etdirdi, pis xəstəlikdən şübhələndi. Kompüter tomoqrafiyası oldu, diaqnoz dəqiqləşdi: Xərçəng...”,- deyən anaya hıçqırıqlar danışmağa imkan vermir.

Söhbət xərçəng xəstəliyindən əziyyət çəkən İbrahimdən gedir. Hələ oktyabrda 4 yaşı olacaq balaca İbrahimdən...

Uşağın xəstəliyi haqda musavat.com-a İbrahimin anası Püstəxanım Hüseynova məlumat verib.

Uşağın xəstəliyinin tibbi adı neuroblastmadır. Bu gün Milli Onkologiya Mərkəzində uşaqdan analiz üçün ilik nümunəsi götürüləcək. Analizin cavabına görə müalicələr başlayacaq.

"İnşallah, kimya müalicəsi alsa, sağalacaq balam. İnternetdə araşdırmışam. Bu xəstəlikdən sağalan xeyli uşaq var. Yaxşı müalicə alsa, mənim İbrahimim də qurtula bilər. Amma bunun üçün xeyli pul lazımdır. Türkiyə və Belarusda uşaq xərçəngini yaxşı müalicə edirlər. İbrahimim yaşamaq istəyir. 4 yaşı hələ tamam olmayıb, onun... Ölüm ondan ötrü tezdir, çox tezdir. Bu dəqiqə onun həyətdə qaçan vaxtıdır, amma balam ağrıdan qollarımda qıvrılır”- deyir anası və hönkürür.

Çarəsiz ana oğlunun ağrılarına dözə bilmir. Deyir, İbrahimə söz vermişəm, nə qədər o yaşayacaq, o qədər də mən yaşayacağam.

İbrahimin yaşaması başda Allahdan, sonra isə həkimlər və dərmanlardan asılıdır. Ailənin isə uşağı xaricdə müalicə etdirməyə maddi imkanı çatmır. Bunun üçün də xeyirxah insanlardan yardım istəyir.

İbrahimin yaşaması üçün yardım etmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər:

380194401663363401
AZE16634676
REKVIZIT MILLION
Alanın Bankı / Beneficiary Bank
Bank Respublika ASC Sumqayit filiali
Kod: 504777 VOEN: 9900001901
M/h: AZ80NABZ01350100000000014944
SWIFT: BRESAZ22
Alan / Beneficiary
Adı / Name: PUSTAXANIM
Soyadı / Name: HUSEYNOVA
IBAN : AZ60BRES00380194401663363401

Əlavə məlumat üçün əlaqə nömrəsi: 051 517 43 35

2.jpg (25 KB)1.jpg (39 KB)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300