MSK üzvlərinin maaşları artırılıb

 

Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin aylıq vəzifə maaşları artırılıb.

APA-nın məlumatına görə, prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli Sərəncamında dəyişiklik edilməsi bərədə” sərəncam imzalayıb.

Sərəncama əsasən MSK sədrinin aylıq vəzifə maaşı 1855 manatdan 2040 manata, MSK sədrinin müavininin aylıq vəzifə maaşı 1720 manat manatdan 1895 manata, MSK katibinin aylıq vəzifə maaşı 1275 manatdan 1405 manata qaldırılıb. MSK üzvlərinin aylıq vəzifə maaşı isə 1280 manat olub. İndiyə qədər MSK üzvləri 1160 manat aylıq vəzifə maaşı alıblar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300