Polis rəisinin bacısı oğlu vətəndaşı güllələdi
Dünən gecə Şamaxıda güllələnmə hadisəsi baş verib.Rayondan Realliq.info - ya daxil olan məlumatda bildirilir ki, dünən gecə
saatlarında Şamaxı şəhərində yaşayan Elxan adlı şəxs Nadir və Samir adlı şəxslər
tərəfindən evində güllələnib. Hadisə nəticəsində ağır yaralanan Elxan Şamaxı
rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Realliq.info - ya bildirilib
ki, Elxanın qarın və qol nayihəsindən güllə yarası alıb və durumu ağır olaraq
qalır.
Cinayəti törədən şəxslər isə hələ də tapılmayıb. Onların istintaqa təhvil
verilməsi üçün cinayət - axtarış tədbirləri davam edir.
Vətəndaşın evinə basqın edən Nadir və Samir adlı şəxslər Tərtər rayon Polis şöbəsinin
rəisi Rauf Məcidovun bacısı uşaqlarıdır. Onların dayısı Ramiz Məcidov Şamaxı
Polis Şöbəsində aparıcı müstəntiq, digər dayıları Seyidəli Məcidov Şirvan şəhər
prokurorluğunda müavin vəzifəsində çalışır.
Hadisə ilə bağlı aparılan araşdırmalar zamanı bəlli olub ki, bu hadisə Samir və
Nadir adlı şəxslərin ilk cinayəti deyil. Rayonda bir çox hadisələrin səbəbkarı
olan şəxslər bu günə qədər cəzadan yayına biliblər.
Mövzuya qayıdacağıq.
Realliq.info