Avropa Azərbaycanı cərimələdi

Avropa Məhkəməsi Azərbaycana 80 min avro pul cəzası kəsib.

Uluyol.info ans press-ə istinadən məlumatına görə, bu barədə məhkəmənin rəsmi saytında bildirilib.

Fevralın 11-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı iki qərar elan edib. Məhkəmə 2011-ci il martın 31-də və aprelin 2-də Bakıda etiraz aksiyasında iştiraka görə həbs olunan İlham Hüseynli, Elçin Səlimov və İbrahim Əhmədzadənin birgə şikayətini təmin edib.

Yerli məhkəmələrdə onların şikayət təmin olunmayıb. Avropa Məhkəməsi onların hüquqlarının pozulmasını tanıyıb və Azərbaycan hökumətinin onlara 12 min avro təzminat ödəməsinə qərar verib. Məhkəmə, həmçinin digər gənc fəalların Ağasif İbrahimov, Emin Fərhadi və Cəmil Hacıyevlə bağlı müraciət edib.

Avropa Məhkəməsi onların hüquqlarının pozulduğu üçün 12 min avro təzminat və hüquqi xərcləri ödəmək üçün onların hər birinə 5 600 avro ödəməyi qərar verib.

Azərbaycan üç ay müddətində apellyasiya şikayəti verməsə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı qüvvəyə minir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300