İspaniyanı qadınlar idarə edəcək: 17 nazirdən 11-i qadındır

İspaniyada yeni qurulan hökümətin böyük hissəsi qadınlardan ibarətdir.

 

Qaynarinfo xəbər verir ki, yeni baş nazir Pedro Sançezin də daxil olduğu hökümətdə 17 nazirdən 11-i qadındır. Sosialist İşçi Partiyasının nümayəndəsi olan 46 yaşlı Sançes yeni hökümət kabinetini müəyyənləşdirərəkKral VI Felipeyə təqdim edib və bu siyahını mətbuat konfransı ilə ictimaiyyətə açıqlayıb.

 

Baş nazirin köməkçisi, ədliyyə naziri, müdafiə naziri, iqtisadiyyat naziri kimi vacib mövqelərdə qadınlar qərarlaşıb.

 

Pedro Sançezin partiyası Təmsilçilər Məclisindəki 350 yerdən sadəcə 84-ünə sahibdir və yeni hökümətin qərar qəbulunda çətinlik çəkəcəyi gözlənilir.

 

Qeyd edək ki, ötən günlərdə sabiq nazir Mariano Raxoy parlamentdə etibar səsverməsindən keçə bilməmiş, istefa vermək məcburiyyətində qalmışdı.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300