Gəncədə 18 yaşlı oğlan bıçaqlanıb
Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 2000-ci il təvəllüdlü Rauf Cabir oğlu Cəfərov 2 bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib və əməliyyata alınıb.
Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.