İnqilab Naseh ədəbiyyat portallarından gileyləndi
Azərbaycanın idarəetmə statusunun hansı tərzdə olması bariz olaraq,hər kəsə məlumdur-monarxiya! Ta Sabirdən tutmuş bu günümüzədək ədəbiyyatımızda bu rejimə qarşı çıxan satirik şeirlər,təmsillər yazan ədəbi xadimlərimizi az-çox tanıyırıq,mütaliə edirik və etmişik. Şairlik-müqəddəs statusdur. Şair-xalqın danışan dili olmalıdır.
Bunları yazan,deyən yazarları bir tərəfə qoyaq,ədəbiyyatımız hal-hazırda tam monopol şəkildə fəaliyyət göstərir. MAƏ yox,MMAƏ-Müasir Monopol Azərbaycan Ədəbiyyatı. İndi yazarlar qəzet,dərgi və ya jurnallarda deyil,elektron yolla öz yazılarını oxuculara təqdim edirlər və oxucu tapırlar,qazanırlar. Bunlar gözəldir. İşin əmması ondadır ki,bu yazıları dərc edilən,yayımlanan yazarlar bəlli insanlardır. Ki,bu bəlli insanlardan başqa bir kəsin hər hansı yazısı çox nadir hallarda saytlarda dərc olunur. Mən anlamıram,məgər saytda işləyən dost-tanışı olmayan yazıçı və ya şairlərin yazısı dərc olunmamalıdır?! Bu nə absurddur?! Bu olay-işə düzəlmək üçün müraciət etdikdə iş təcrübən olmadığına görə işə alınmamaq olayı ilə tamamilə eynidir. Bir insanın sayta göndərdiyi yazını müəllifi tanımadığın üçün önəmsəməmək,oxumamaq nə deməkdir axı?! Yaxşı,ola bilər ki,yazı redaktorlar tərəfindən bəyənilmədiyi və ya dərc edilmə səviyyəsində olmadığı üçün saytda yayımlanmasın,lakin bunun səbəbini və ya başqa gərəkçəsini qısa olaraq müəllifə bildirmək çox zaman tələb etmir. Yazar sivil millətə örnək şəxsiyyət olmalıdır,budur mu örnəkliyiniz?! Məsələn,bu gün elektron ədəbiyyat camisində ən çox oxunan saytlardan biri olan "kulis.az" saytını misal olaraq göstərə bilərəm. Mən də bu saytın daimi oxucularındanam. Saytın yazarları və ətraflarındakı yazarlar-ki,onlardan başqa bir şəxsin yazısını görmək çətin məsələdir-istedadlı,öz sözünü imzası ilə demiş və deməkdə davam edən şəxsiyyətlərdir. Bunu inkar etmək üçün vicdansız olmaq gərəkdir. Lakin,bu insanlar üzdədirsə,bu insanların imzası tanınırsa,bu,o demək deyil ki,bu insanlardan başqa oxunulmağa layiq şəxslər yoxdur. Bizim müasir monopol ədəbiyyatımızdakı yazıçı paxıllığının yanında Azərbaycan xalqının rüşvətxorluğu insana Xəlil Rza demişkən,vız geliyor,vız! Siz,məgər,bu pillədə mi doğuldunuz?! Siz də pillə-pillə gəldiniz,əksəriyyətiniz isə özünüzdən əvvəl tanınan,oxunulan bir yazarın köməkliyi ilə,təkanı ilə gəlmisiniz. Özünüzü hər kəsdən istedadlı saymayın. Mənim 19 yaşım yeni olub və əminəm ki, on nəfərinizdən səkkiziniz mənim yaşımda ikən məndən zəif yazırdınız. "Mandıra filosofu" filmində bir ritorik sual var-"Bu günkü prezidentin prezident olmadan öncə prezidentlik təcrübəsi mi var idi?!". Sözüm sayt rəhbərlərinə və yazarlarınadır: -"Saytınızda bir yazarın yazısının dərc olunması üçün əvvəla sizinlə tanış olması,bir masa arxasında içməsi lazımdırsa,yazıçılığa başlamazdan əvvəl etmək gərəkən işlərin ilk punktu olaraq,bunu qeyd edək. İnqilab Naseh

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300