Rüşvəti açıq istəyən DSMF sədri... "işçilərini döyür, heç kim vecinə deyil.”

 

 

Yeni nazir Səlim Müslimovun ərköyün rəsini işdə saxlayacaqmı?

 

DSMF-nin İmişli rayon şöbəsində əcaib prosseslər baş verir və bu prosseslər bu gün başlamayıb, uzun illərdir davam edir.

 

Hər yerdə arxasının möhkəm olduğunu söyləyən DSMF-nin İmişli rayon şöbəsinin rəisi İntiqam Əliyev elə bəlkə də söylədiyi sözləri isbat etmək üçün İmişlidə istədiyini edir və doğrudan da rayonda ona heç kimsə "gözün üstə qaşın var” deyə bilmir.

 

İmişlidən MilliYol-a ünvanlanan şikayət məktubunda bildirilir ki, Sahil Babayev Əmək və Əhalinin Sosial Təminat naziri təyin olunandan sonra İmişlidə və xüsusən də DSMF-nin İmişli rayon şöbəsində belə bir ümid yaranıb ki, nəhayət, yeni nazir onları Səlim Müslümovun ən xas adamlarından biri olan İntiqam Əliyevin əlindən qurtaracaq. Amma hələ ki, həm İmişli camaatının, həm də DSMF-nin İmişli rayon şöbəsində çalışanların gözləməkdən "gözlərinin kökü saralır”.

 

Şikayət məktubunda bir neçə məsələ düqqəti cəlb edir.Birincisi, şikayət məktubunda bildirilir ki, İntiqam Əliyev öz işçiləri ilə həddindən kobud və qeyri-etik davranır. Hətta öz işçisini döydüyü də olub. İşçilərin təhqir etmək isə İntiqam Əliyev üçün adi iş qaydasıdır. İkincisi, şikayət məktubunda qeyd olunur ki, DSMF-nin İmişli rayon şöbəsinin rəisi rüşvəti açıq şəkildə istəyir və bu zaman heç kimdən və heç nədən çəkinmədiyini hər kəsə nümayiş etdirir.

 

Maraqlı faktlardan biri də odur ki, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhakinin Sosial Müdafiə Nazirliyinə birləşdirilərkən İntiqam Əliyev təyinat almadan digər həmkarını kabinetindən qovaraq özünü birləşdirilən şöbənin rəisi elan edib. Qəribədir ki, onun bu özbaşınalığı sabiq nazir Səlim Müslümov təərəfindən çox normal qarşılanıb və bir müddət sonra sabiq nazir "uzurpator” işçisinin rəisliyini rəsmiləşdirib.

 

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.

 

Uluyol.az

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300