Fazil Mustafadan həmkarının qalmaqallı açıqlamasına etiraz:"Onlar Azərbaycanın düşməni olublar”

 

"Sovet hökumətini Azərbaycan dövlətinin mənbəyi kimi göstərmək yanlışdır və yolverilməzdir”.

 

Bu sözləri BakuPost-a açıqlamasında millət vəkili Fazil Mustafa həmkarı Arif Rəhimzadənin qalmaqallı "Azərbaycan dövlətini sovet hökuməti qurub” fikrinə münasibət bildirərkən deyib. O bildirib ki, sovet hökuməti Azərbaycanın düşməni olub: "Azərbaycan dövlətini sovet hökuməti yox, Azərbaycan xalqı qurub. Sovet hökuməti Azərbaycanı işğal edib və Azərbaycan dövlətinin düşməni olub. Onlar müstəqil Azərbaycanın düşməni olub. Buna görə soveti bizim mənbəyimiz kimi göstərmək yanlışdır”.

 

Deputat 15 rayonunun kəndlərinin adlarının dəyişdirilməsini nəzərdə tutan layihə barədə də danışıb. Bildirib ki, sovet dövründə yaşamış müəyyən şəxsiyyətlər var ki, Azərbaycan xalqının inkişafında, təhsilində, mədəniyyətində böyük rol alıblar:"Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Üzeyir Hacıbəyov sovet dövründə yaşasa da, Azərbaycan mədəniyyətinə xidmət edib. Lakin kimlər ki, ermənilərlə əməkdaşlıq edib, Azərbaycan xalqının soyqırımında iştirak edib, Azərbaycan xalqına zərbə vurulması planlarının içində yer alıblar, o şəxslərin adlarının uca tutulması yolverilməzdir. Kimlər ki, sovet dövründə faydalı işlər görüblər, onlara kim nə deyə bilər? Biz həm də onların varisiyik. Onların da mirasından faydalınırıq”.

 

Nigar Etibar, bakupost.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300