Ağdam Rayon İcra Hakimiyyətinin başçısı işdən çıxarılıb
Raqub Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Uluyol.az-ın məlumatına görə, Prezident
İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncamla Raqub Allahverdi oğlu Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin
başçısı vəzifəsindən kənarlaşdırılıb.
Qeyd edək ki, R.Məmmədov 16 aprel 2014-cü il tarixindən bu günədək Ağdamın icra
başçısı olub.