"Qazaxıstanla oyunda çox səhv üzə çıxdı" - Ağasəlim Mircavadov

 

"Heyəti müəyyənləşdirmək üçün belə eksperimentlər olacaq. Dünənki oyunda çox səhv üzə çıxdı. Bu səhvləri düzəlmək lazımdır".

Bu sözləri Qol.az-a açıqlamasında Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov millimizin Qazaxıstana uduzduğu (0:3) yoxlama oyununu dəyərləndirərkən deyib.

Yığmamızdakı problemlərdən danışan 71 yaşlı mütəxəssis baş məşqçi Qurban Qurbanovun hələ axtarışda olduğunu bildirib: "Məşqçilər özləri də bilirlər ki, problemlər var. Xüsusən müdafiənin mərkəzində. Orta xətdə də çatışmazlıq görünür. Kəsərli hücumumuz yoxdur. Qolların buraxılmasında isə bütün komandanın səhvi var. Tək müdafiəçiləri qınamaq olmaz. Hücum qura bilmirik. Futbolçularımız bir-birini yaxşı başa düşmür. Bəziləri yenidir. Qurban Qurbanov hələ ki, axtarışdadır.

Hansı oyun üçün yoldaşlıq görüşü keçirirsənsə, ona uyğun heyətlə oynamalısan. Bəlkə də Qurban Qurbanov hələ istədiyi futbolçuları tapa bilməyib. Riçard Almeydanın da yoxluğu millinin oyununa böyük təsir edir. Bundan başqa, bəzi futbolçular yaxşı formada deyil. Əsas odur ki, yığmamız səhvlərini görsün və bunları aradan qaldırsın. Millimizin üzvləri "Qarabağ", "Qəbələ", "Keşlə" və "Neftçi"nin heyətində avrokuboklarda mübarizə aparacaq. Futbolçular bu oyunlarda hazır olmalıdır ki, yığmaya da fayda versin".

Millimizin sabiq çalışdırıcısı yığmadakı futbolçu qıtlığından danışıb. O, bu məsələdə klubları günahlandırıb: "Əslində dünənki oyunda millimiz tam formalaşmış heyətlə meydana çıxmalı idi. Bəlkə də, elə heyət belə olacaq. Ancaq problemlər hələ də var. Bunu aradan qaldırmaq klubların üzərinə düşür. Klub məşqçiləri daha çox işləməlidir. Baxın, Rəşad Sadıqov uzun illərdir müdafiənin mərkəzini qoruyurdu. Rəşad da insandır, əvvəl axır yığmadan getməl idi. Problem odur ki, klublarda onun yerinə futbolçu yetişdirilmir. "Qarabağ" və "Qəbələ" öndə gedən klublarımızdır. Yalnız "Qarabağ"da mərkəz müdafiəçiləri yerlidir. "Qəbələ"də yoxdur. "Neftçi" və "Keşlə"də bir nəfərdir. Oyunçu yığmaya klubdan gəlir. Bizdə hamı deyir ki, yığma komanda yetişdirməliyik. Bu, düzgün fikir deyil. Yığmanın ildə 2 dəfə toplanışı olur. Baş məşqçi ancaq taktika üzərində işləyir. Futbolçu isə klublarda yetişir".

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300