Adam döyən general qohumunun həbsxanada süpürgə ilə fotoları
Bir qrup idmançı ilə yanacaqdoldurma məntəqəsinə gələrək orada operator
və mühafizə xidmətlərini yerinə yetirən şəxsləri döyən İsa Əzizovun həbsxana
fotoları yayılıb.
 
İza Əzizov dostları ilə 90-HN-999 dövlət nömrə nişanlı Bentley avtomobilində
Tbilisi prospektində yerləşən AZPETROL yanacaqdoldurma stansiyasına
gəlib. YDM əməkdaşından avtomobilə yanacaq vurmağı xahiş edəndən
sonra gənclərdən biri əməkdaşa maşının pəncərəsindən 100 manatlıq əskinas
uzadıb.

Yanacaqdoldurma stansiyasının əməkdaşı deyib ki, xırdası yoxdur və onu gözləməyi
xahiş edib. Bu cavab Bentley-nin sərnişinlərinin xoşuna gəlməyib və onlar gənc oğlanla
sözləşməyə başlayıblar.
 
Vəziyyəti aydınlaşdırmaq üçün YDM-nin mühafizəçisi Sadiq Bağırov maşına yaxınlaşıb
və işin nə yerdə olduğunu öyrəndikdən sonra nəzakətli tərzdə gözləməyi xahiş
edib ki, əməkdaş pulu xırdalaya bilsin. Nədənsə bu cavab xuliqanları özündən
çıxarıb və onlar avtomobildən çıxaraq mühafizəçini müşahidə kameralarının
olmadığı, YDM-nin ərazisində yerləşən mağazaya tərəf çəkib aparıblar. Bir neçə dəqiqə
sonra elə həmin yerə ikinci avtomobil – ağ rəngli Prado yaxınlaşıb. Onun içindən bir
neçə nəfər idmançı bədən quruluşlu gənc çıxıb və YDM işçiləri ilə keşikçilərini kütləvi
şəkildə döyməyə başlayıblar.
 
Həmin vaxt yoldan keçən vətəndaşlardan bəziləri dalaşanları ayırmağa cəhd
etsələr də, özləri də azğınlaşmış qoluzorlulardan nəsiblərini alıblar. Lakin kütləvi
dava xuliqanlara az görünüb və Bentley-nin sürücüsü maşının yanına qayıdaraq,
oradan silah götürüb və hamını güllələyəcəyi ilə hədələməyə başlayıb. Dostlarından
biri silahı onun əlindən almağa müvəffəq olub. Bundan sonra da Bentley-nin
sakitləşmək bilməyən sahibi POS-terminalı qopararaq onunla mühafizəçi Sadiq
Bağirovun başına zərbələr endirib. Hadisənin baş qəhrəmanı nüfuzlu Azərbaycan
generalının qohumu İsa Əzizov olub.
 
Araşdırma vaxtı bizə bir fakt da məlum olub. Məhz bu idmançı qrupu ötən ilin
may ayında Bakıdakı Famous karaoke klubunda qizları döymüşdü. O zaman
döyülmə faktı ilə bağlı Rusiya vətəndaşı Diana Babayeva və Elvina Əliyeva polisə
ərizə ilə müraciət etmişdilər. Diana Babayeva həm də Rusiyanın Bakıdakı
səfirliyinə müraciət etmişdi. Elvina Əliyevanın sözlərinə görə, İsa Əzizov onu
döyüb və güclə maşına oturtmaq istəyirmiş. Ötən ilin may ayındakı hadisədən
sonra İsa Əzizovun barəsində CM 221-ci maddəsi üzrə (xuliqanlıq) cinayət
işi qaldırılmışdı. Sonuncu hadisəyə görə isə, Nəsimi rayon Məhkəməsində
hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İsa Əzizov və Mahir İsgəndərov
barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb. 

Serhed.info


 



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300